Card image cap

ADNSU-da tələbələr üçün ekoloji-maarifləndirici tədbir keçirilib

Mayın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Canlı Aləmin Mühafizəsi" İctimai Birliyinin təşkilatçılığı ilə ekoloji-maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən "Canlı Aləmin Mühafizəsi" İB-nin sədri Mənsurə Rəsulzadə bioaləm və biomüxtəliflik barədə ümumi məlumat verib, bu sahədə mövcud problemlər və həlli yolları üçün müasir dünya təcrübəsindən danışıb. Görüşdə, həmçinin heyvanların təbiətdə və həyatımızdakı əhəmiyyəti, onların idarə edilməsi, onlarla davranma qaydaları və qayğı dünya təcrübəsinə əsaslanaraq izah edilib.

Tədbir musiqili proqramla davam edib.