Card image cap

ADNSU-nun müəllimi beynəlxalq sertifikata layiq görülüb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Xarici dillər-1“ kafedrasının baş müəllimi Aynur Məmmədova Azərbaycanda beynəlxalq TEFL və TESOL akkreditasiyalı yeganə mərkəz olan “Vision Academy”də beynəlxalq müəllimlik sertifikatı təlimlərini uğurla başa vurub.

18 fevral - 17 may tarixlərində davam edən təlimdə Aynur Məmmədova 150 saatlıq proqramı yerinə yetirərək beynəlxalq müəllimlik sertifikatına layiq görülüb.

Qeyd edək ki, TEFL (Teaching English as Foreign Language) ingilis dili müəllimlik hüququnu təsdiq edən beynəlxalq sertifikatdır.