Card image cap

ADNSU-nun rektoru Fransanın Tuluz Universitetinin prezidenti ilə görüşüb

İyunun 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Fransanın Tuluz Universitetinin prezidenti, professor Jean Pierre Vinel və Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Fabrice Dumas ilə görüşüb.

Qonaqları universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor M.Babanlı dəvəti qəbul edib ADNSU-ya gəldikləri üçün onlara təşəkkürünü bildirib.

ADNSU-nun tarixi, beynəlxalq əlaqələri və fakültələr barədə qonaqlara ətraflı məlumat verən rektor, professor M.Babanlı Fransa universitetləri ilə əməkdaşlıqdan danışıb və universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) iki ölkə ali məktəblərinin ən uğurlu layihəsi olduğunu deyib. UFAZ-ın yaranması ilə Fransa universitetləri ilə daha geniş əməkdaşlığın başlandığını deyən rektor M.Babanlı ADNSU-nun digər Fransa universitetləri ilə də əməkdaşlıqda maraqlı oldğunu bildirib. Tuluz universiteti ilə ikili diplomlar və  tələbə mübadiləsi istiqamətində əməkdaşlığa önəm verdiyini deyən rektor, professor M.Babanlı elmi araşdırmalar və doktorantura üzrə də əlaqələrin qurulması üçün hər cür imkanların olduğunu vurğulayıb.

 ADNSU ilə təhsildə bir çox ümumi maraqlarının olduğunu qeyd edən Fransanın Tuluz universitetinin prezidenti, professor Jean Pierre Vinel rəhbərlik etdiyi universitetdə əməkdaşlığa daim yüksək dəyər verildiyini deyib və ADNSU ilə mümkün əməkdaşlıq istiqamətlərindən danışıb. Əməkdaşlıqda düzgün istiqamət seçməyin əhəmiyyətli oldğunu vurğulayan  professor Jean Pierre Vinel “ Süni intellekt” ilə bağlı birgə işlər görülə biləcəyini qeyd edib.

Sonda Jean Pierre Vinelə xatirə hədiyyəsi təqdim edilib. Görüşdən sonra qonaqlar universitetin Tarix muzeyində olublar.