Card image cap

ADNSU-nun Azİİ Elektron Kitab Evində Milli Qurtuluş Gününə həsr olunmuş sərgi keçirilib

İyunun 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində  "15 iyun- Milli Qurtuluş günü"nə həsr olunmuş kitab sərgisi təşkil olunub.

Sərgidə Ulu öndər Heydər Əliyevin fəaliyyəti dövründə respublikamızın ictimai-siyası, sosial, iqtisadi, elmi, mədəni həyatından və beynəlxalq əlaqələrindən bəhs edən kitablar və digər nəşrlər yer alıb.