Card image cap

Özbəkistanın Baş Nazirinin müavini ADNSU-dа olub

İyulun 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Özbəkistanın Baş Nazirinin müavini Aziz Abduxakimov ilə ADNSU-nun rektoru, professor M.Babanlı arasında görüş keçirilib.

Tədbirdə ADNSU-nun rektoru, professor M.Babanlı, universitetin prorektorları - Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov, Elm və texnika işləri üzrə prorektor, professor Rauf Əliyarov, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov, Özbəkistanın Baş Nazirinin müavini Aziz Abduxakimov və Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev iştirak edirdilər.

ADNSU-nun rektoru, professor M.Babanlı qonaqları salamlayaraq universitet haqqında onlara məlumat verdi. Bildirdi ki, Azərbaycanda, həmçinin, ADNSU-da təhsil sistemi müasir elmi yanaşmalara uуğun şəkildə qurulub. Tədrisin təşkili, elmi tədqiqat layihələrinin müzakirəsi, bakalavr, magistr və doktorluq dissertasiyalarının hazırlanması mərhələlərində başlıca meyar elmi nəticənin yüksək olmasıdır.

ADNSU-nun dünyanın bir neçə nüfuzlu ali təhsil ocaqları ilə əməkdaşlıq etdiyini deyən rektor Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti  (UFAZ) haqqında da qonaqlara ətraflı məlumat verdi və burada tələbələrin dünyəvi təhsil almaları üçün hər bir şərait yaradıldığını diqqətə çatdırdı.

Özbəkistanın Baş Nazirinin müavini Aziz Abduxakimov təfsilatlı məlumata görə qarşı tərəfə minnətdarlığını bildirdi və ADNSU-nun təhsil sahəsində qazandığı uğurları, buradakı tədris prosesini çox bəyəndiyini dedi. Özbəkistandakı təhsil sistemi haqqında danışan A.Abduxakimov əlavə etdi ki, onun ölkəsində də təhsil sahəsində islahatlar aparılır, təhsilin keyfiyyətinin yüksəldilməsi daima nəzarətdə saxlanılır.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdən sonra qonaqlar ADNSU-nun Azİİ Elektron Kitab Evində yaradılan şəraitlə tanış oldular. Sonda Özbəkistanın Baş Nazirinin müavini Aziz Abduxakimov ADNSU-nun rektoru, professor M.Babanlını da öz ölkəsinə dəvət etdi.