Card image cap

ADNSU-da Elmi Şuranın növbəti iclası keçirilib

İyulun 4–də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı əvvəlcə 2018-2019-cu tədris ilində icra olunan və gündəmdə duran məsələlər  barədə məlumat verib. Bildirib ki, hesabat dövründə universitetdə çox böyük işlər görülüb, geniş layihələr icra olunub və elmi nəticələr qənaətbəxşdir. Amma bununla yanaşı, görəcəyimiz işlər də kifayət qədərdir.

Rektor M.Babanlı 2019-2020-ci tədris ilində təhsilin prioritet məsələləri, elm və texnika istiqamətində qarşıda duran məsələlər, qrantlar əsasında görülən işlər, beynəlxalq əlaqələr və digər görüləcək vacib layihələr haqqında söhbət edib. Müzakirə olunan mövzularla bağlı iclas iştirakçılarının suallarını cavablandırıb.

Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov məruzə ilə çıxış edərək tədrislə bağlı məlumat verdikdən sonra müəyyən dəyişiklik və yenilikləri iclas iştirakçılarının diqqətinə çatdırıb. Elmi katib, dosent Yetər Əliyeva isə 2019-2020-ci tədris ilinin hər ay üzrə təxmini planını iclas iştirakçılarına təqdim edib.

Elmi Şuranın iclasında, həmçinin ADNSU-da ingilis dilli tədrisin keyfiyyətinin qiymətləndirilməsi, bəzi fakültələrin elmi jurnalların, elmi məqalələrin və kitabların dərc olunması, universitetin gələn il keçiriləcək 100 illiyi ilə bağlı məsələlər və digər mövzular müzakirə olunub.