Card image cap

Fransa Respublikasının Arktika və Antarktika məsələləri üzrə səfiri Seqolen Royal UFAZ-da olub

İyulun 5-də Fransa Milli Assambleyasının keçmiş üzvü, sabiq nazir, 2007-ci ildə prezidentliyə namizəd, hazırda isə Arktika və Antarktika məsələləri üzrə beynəlxalq danışıqlara məsul olan səfiri, xanım Seqolen Royal Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində olub.

Qonaqlar əvvəlcə UFAZ-ın Kimya və Fizika laboratoriyalarında olub.  Səfir “İqlim dəyişikliyi” mövzusunda mühazirə ilə UFAZ tələbələri qarşısında çıxış edib.

Mühazirədə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, UFAZ-ın direktoru, dosent Vazeh Əskərov və Fransadan gəlmiş nümayəndə heyəti iştirak edib.

Təqdimatdan əvvəl qonaqlara Vazeh Əskərov tərəfindən universitet haqqında geniş məlumat verilib.

 Daha sonra əfir, xanım S.Royal dünyada baş verən iqlim dəyişikliklərinə, eləcə də qlobal istiləşməyə görə bütün ölkələrin birlikdə caçlışmalı olduğunu bildirib. O, həmçinin iqlim dəyişikliyinə səbəb ola biləcək amillərdən danışaraq önəmli məsələlərdən birinin də məhz tullantılarla bağlı olduğunu vurğulayıb.

Qeyd edək ki, 2002-2007-ci illər ərzində Fransa Milli Assambleyasının üzvü olan Seqolen Royal 2004-2014-cü illərdə Poitou-Charentes regionunun prezidenti vəzifəsində çalışıb. 2007-ci ildə prezident postuna namizəd olan Seqolen Royal bu vəzifə uğrunda aparılan mübarizədə ölkənin tarixində ikinci tura keçmiş ilk qadındır.