Card image cap

Silahlı Qüvvələrimizin Yardım Fondu üçün keçirilən aksiyada hər kəs fəallıq nümayiş etdirib

Bu günlərdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün rəsmi facebook səhifəsində “Silahlı Qüvvələrə Yardım Fonduna dəstək üçün xeyriyyə aksiyası keçirək”, sərlövhəli paylaşım edib. Paylaşımda müharibə vəziyyətində, bir milyondan çox məcburi köçkün və qaçqını olan ölkədə xeyriyyə aksiyası keçirmək üçün kifayət qədər səbəblərin olduğunu deyən Əli Əhmədov YAP-ın dəfələrlə bu cür aksiyalar keçirdiyini və təşəbbüskarı olduğunu xatırladıb.

Qeyd edək ki, Azərbaycan ictimaiyyəti Yeni Azərbaycan Partiyasını ənənəvi və il ərzində davamlı olaraq xeyriyə fəaliyyətli bir partiya kimi tanıyır və rəğbət göstərir. Ona görə də Baş nazirinin müavini Əli Əhmədovun bu təşəbbüsünü alqışlayan YAP-ın üzvləri, eləcə də partiyanın üzvü olmayan insanlar böyük ruh yüksəkliyi ilə Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyasına qoşulublar.

YAP Nəsimi Rayon Təşkilatının gəncləri də bu aksiyada məmuniyyətlə iştirak ediblər və hər zaman Silahlı Qüvvələrimizə dəstək olacağını bildiriblər. Eyni zamanda, ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsi də bu kampaniyaya qoşulmaqla fəallıq nümayış etdirib. Ümumilikdə cəmiyyətimizin müxtəlif təbəqələrinin nümayəndələri kütləvi şəkildə Azərbaycan Ordusuna yüksək dəstək nümayiş etdiriblər və bu ənənəni davam etdirəcəklərini bildiriblər...