Card image cap

ADNSU-nun magistrantı Qızıl medalla mükafatlandırılıb

İyulun 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Neft-qaz-mədən fakültəsinin magistrantı Nail Məmmədovun mükafatlandırılması ilə bağlı tədbir keçirilib. Tədbirdə ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, Magistatura bölməsinin dekanı, dosent Əzizağa Qurbanov, “Avropa Nəşr Mətbuat Evi”nin direktoru Şöhrət Səlimbəyli, “Avropa Nəşr Mətbuat Evi”nin əməkdaşı Sahilə Mirzəqızı, universitetin müəllim və tələbə heyəti iştirak edib.

“Avropa Nəşr Mətbuat Evi” Mükafat kamisiyyəsinin qərarı ilə Nail Məmmədov Qızıl medalla təltif olunub. O, bu mükafata milli-mənəvi dəyərlərimizin qorunmasında səmərəli fəaliyyətinə, müasir neft-qaz qurğularının istehsalı, səmərəli tətbiqi, layihə işlərinin müasir tələblər səviyyəsində aparılması, ölkədə neft-qaz, sənaye mühəndisliyindəki xidmətlərinə və digər fəaliyyətinə görə layiq görülüb.

Tədbirdə diplom və medal N.Məmmədova təqdim olunub.