Card image cap

ADNSU ilə Isparta Tətbiqi Elmlər Universiteti arasında memorandum imzalanıb

İyulun 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı Türkiyənin Isparta Tətbiqi Elmlər Universitetinin nümayəndələri ilə görüşüb.

Qonaqları salamladıqdan sonra rektor, professor Mustafa Babanlı universitetin tarixi, ixtisaslar və beynəlxalq mübadilə proqramlarında iştirak haqqında qonaqlara ətraflı məlumat verib.

ADNSU-nun Türkiyənin bir çox universitetləri ilə mübadilə proqramlarında iştirak etdiyini və bu istiqamətdə uğurlu əməkdaşlığın mövcudluğunu diqqətə çatdıran rektor, professor M.Babanlı Türkiyənin İsparta Tətbiqi Elmlər Universiteti ilə də Mevlana mübadilə proqramı çərçivəsində və eyni zamanda elmi istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətinə toxunub.

Isparta Tətbiqi Elmlər Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Abdullah Diler Mevlana mübadilə proqramı çərçivəsində, həmçinin texniki və sənaye ixtisasları üzrə ADNSU ilə birgə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşün sonunda ADNSU ilə Isparta Tətbiqi Elmlər Universiteti arasında Mevlana Mübadilə proqramı üzrə memorandum imzalanıb.