Card image cap

ADNSU yeni tədris mövsümünə hazırdır

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) 2019-2020-ci tədris ilinə tam hazırdır. Yeni tədris mövsümünə hazırlığın və elmi layihələrin uğurla başa çatması ilə yanaşı, bu gündən etibarən məzuniyyətdə olan professor-müəllim heyəti universitetə gələrək işə başlayıblar.

Qeyd edək ki, bu il ADNSU-da 14 min tələbəyə 600-ə dək professor, dosent, müəllim heyəti dərs deyəcək.