Card image cap

ADNSU-da MAGNUS layihəsi çərçivəsində ilk işçi görüş keçirilib

Sentyabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində “MAGNUS – Partnyor universitetlərdə mobil tətbiqlər və kompüter oyunları üzrə magistr tədris proqramlarının yaradılması” layihəsi çərçivəsində ilk işgüzar görüş keçirilib.  Görüşdə yerli layihə üzvləri – Bakı Dövlət Universiteti və Bakı Mühəndislik Universiteti, həmçinin Erasmus Azərbaycan Ofisinin rəhbərliyi  iştirak edib.

Görüşdə layihənin strukturu, iştirakçıların öhdəlik və vəzifələri, görüləcək işlərin planı və layihə çərçivəsində yeni magistr proqramının yaradılması istiqamətində müzakirələr aparılıb.

İştirakçılar iclasın sonunda sillabusun hazırlanması məqsədi ilə iş bölgüsünü aparıb və gələcək görüşlər haqqında razılığa gəliblər.