Card image cap

ADNSU-da keçirilən seminar SOCAR-ın rüblük bülletenində dərc olunub

SOCAR Polymer şirkətinin ikinci rüblük bülleteninin “Tələbəyə uğurlu dəstək” təşəbbüsü adlı məqaləsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən seminardan bəhs olunub.

Məqalədə qeyd edilib ki, 90 dəqiqə keçirilən seminarda mövzü üzrə interaktiv şəkildə məlumat verilib və suallar cavablandırılıb. SOCAR Polymer şirkəti və ADNSU-nun təşkilatçılığı ilə keçirilən seminarda SOCAR Polymer MMC-nin Keyfiyyətin Təminatı və Keyfiyyətə Nəzarət üzrə Elektrik və Nəzarət–ölçü cihazları inspektoru Heybət Muradov, Energetika fakultəsinin dekanı Zakir Həsənov, SABAH qrupunun 25 tələbəsi və professor-müəllim heyəti iştirak edib.

Seminarın keçirilməsində əsas məqsəd tələbələrə təhsilin nə qədər vacib olduğunu bildirmək və bundan gələcək uğurları üçün necə istifadə etməsini aşılamaq olub. Bu səbəbdən də seminarın adı “Tələbəlikdən biznesə doğru” adlanır.

Tədbirdən sonra Zakir Həsənov seminar mövzularının və təlim materiallarının gələnilki sillabuslara uyğun təşkil olunması fikrini irəli sürüb. Tələbələr gələcəkdə uğurlu karyera qurmaları üçün yeni informasiya əldə ediblər və keçirilən seminardan çox məmnun qaldıqlarını bildiriblər.