Card image cap

ADNSU-nun MBA proqramının 20 illiyi qeyd olunub

Sentyabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Biznesin idarə olunması üzrə magistrların hazırlanması və professor-müəllim heyətinin” təkmilləşdirilməsi” MBA (BA, BBA və ZU) proqramının 20 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı MBA proqramının yaranmasını Azərbaycan təhsilində tarixi uğur kimi qiymətləndirib. O, Azərbaycan təhsil sistemində ilk dəfə olaraq ADNSU-nun BA (MBA, BBA, ZU) Proqramları üzrə 5 ixtisasın Beynəlxalq Akkreditasiya Agentliyi olan FIBAA tərəfindən akkreditasiya olunduğunu və hazırda daha 6 ixtisasın akkkreditasiya olunması üçün hazırlıq işlərinin getdiyini diqqətə çatdırıb.

Proqramın həmtəsisçisi, ABŞ-ın Corciya Dövlət Universitetinin professoru Bican Fəzlullahi çıxışında MBA və BBA proqramlarının yaradılmasının tarixindən danışıb. Professor B.Fəzlullahi Azərbaycan təhsili və elmində yeniliklərdən və tələbələrin günü-gündən artan uğurlarını görməkdən hər zaman qürur hissi keçiridyini bildirib.

ADNSU-nun BA proqramlarının direktoru, texnika elmləri doktoru Rafiq Əliyev MBA proqramının yaranması ideyasından danışaraq proqramın həyata keçirilməsinin ABŞ Dövlət Departamentinin Milli İnformasiya Agentliyinin qrantı sayəsində mümkün olduğunu qeyd edib. R.Əliyev BA Proqramlarının təhsil standartlarının Avropa və beynəlxalq standatlara uyğun olduğunu vurğulayıb.

ADNSU-nun BA proqramlarının direktor müavini, dosent Nailə Həsənova da çıxışında MBA proqramı üzrə 20 ildə qazanılan uğurlardan söz açıb və layihə üzrə hazırda görülən işlərdən danışıb.

Daha sonra MBA məzunları təhsil aldıqları layihənin həyatlarında oynadığı mühüm rolu barədə danışıb və təəsüratlarını bölüşüblər. Tədbirin sonunda 20 illiyə həsr olunan kollektiv şəkil çəkdirilib.

Rəsmi hissədən sonra tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, MBA proqramları “Biznesin idarə olunması üzrə magistrlərin hazırlanması və professor-müəllim heyətinin təkmilləşdirilməsi” üzrə magistratura 1998-ci ildə ADNSU və ABŞ-ın Corciya Dövlət Universiteti ilə birgə layihəsi əsasında təşkil olunub. Proqramın Əsasnaməsi 1999-cu il iyunun 15-də təsdiq olunub.