Card image cap

Azİİ e-kitab evi VI Bakı Beynəlxalq Kitab-Sərgi Yarmakasında diplomla təltif olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) 27-29 sentyabr tarixlərində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında uğurla təmsil olunub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgiyə ADNSU Azİİ e-kitab evi də maraqlı və zəngin nəşrləri ilə qatılıb və fəal iştirakına görə Mədəniyyət Nazirliyinin diplomuna layiq görülüb.