Card image cap

ADNSU-nun rektoru Türkiyədə Beynəlxalq konfransdan qayıdan tələbələrlə görüşüb

Oktyabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Türkiyənin İzmir şəhərində keçirilən VI Beynəlxalq “Termozfiki və mexaniki xüsusiyyətlərin yeni üsulları” adlı konfransdan qayıdan tələbələrlə görüşüb.

ADNSU-nun rektoru, prof. Mustafa Babanlı tələbələrin Türkiyədə beynəlxalq konfransdakı çıxışları və konfransda qazandıqları təəsüratlarla maraqlanıb. ADNSU-nu mötəbər tədbirdə layiqincə təmsil etdikləri üçün gənclərə təşəkkürünü ifadə edən rektor, professor M.Babanlı universitetdə müasir standartlara uyğun təhsil üçün hər cür şəraitin yaradılmasının, kimya üzrə laboratoriyaların yenidən qurulmasının prioritet məsələlərdən olduğunu diqqətə çatdırıb. 

Beynəlxalq konfransda iştirakdan məmnun qalan tələbələr rektor, professor Mustafa Babanlıya onlar üçün yaradılan əlverişli tədris mühitinə və göstərilən diqqətə görə təşəkkürlərini bildirib və onlara göstərilən etimadı doğruldacaqlarını bildiriblər.

Qeyd edək ki, ADNSU-nun Kimya texnologiya (KTF) fakültəsinin 4 və ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) 1 nəfər tələbəsi  22-24 sentyabr tarixlərində Türkiyənin İzmir şəhərində keçirilən VI Beynəlxalq “Termozfiki və mexaniki xüsusiyyətlərin yeni üsulları” konfransında iştirak edib və sertifikat alıblar.