Card image cap

Fərman Salmanovun xatirəsinə Rusiyadan start götürən mediaekspedisiya Azərbaycandadır

Fərman Salmanovun xatirəsinə 16 sentyabr tarixindən Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsindən start götürən “Neftin yolu” adlı mediaekspedisiya Azərbaycana gəlib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) də qoşulduğu ekspedisiya ölkəmizdə davam edir.

Belə ki, bu gün mediaekspedisiya layihəsi çərçivəsində Yuqra Dövlət Universiteti və  Ufa Dövlət Neft Texniki Universitetinin bir qrup tələbəsi, o cümlədən ADNSU-nun nümayəndələri Bakıda Bibiheybət qəsəbəsində dünyada sənaye üsulu ilə qazılmış ilk neft quyusuna baş çəkiblər. Onlara quyunun qazılma tarixi, Azərbaycanda neft hasılatı haqqında məlumat verilib.

Sonra ekspedisiya üzvləri Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda olublar, burada emal olunan neft məhsulları, zavodun fəaliyyəti haqqında məlumat alıblar.

Qonaqlar bu gün həmçinin ADNSU-nun muzeylərində və Azİİ e-Kitab evində də olublar. 

Qeyd edək ki, “Neftin yolu” adlı mediaekspedisiya Azərbaycanda oktyabrın 12-ə qədər davam edəcək.