Elan

2021/2022-ci tədris ili üçün Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) bakalavriat pilləsinə onlayn qeydiyyat iyul ayının 28-də başlayacaq və avqust ayının 15-ə kimi davam edəcək. UFAZ-a qəbul üçün daxili imtahan avqustun 18-də keçiriləcək. İmtahan nəticələri isə avqustun 20-də dərc ediləcək. Apelyasiya müraciətlərinə avqustun 21-də baxılacaq. Abituriyentlər tələb olunan sənədləri (https://admission.ufaz.az/en/) 20-23 avqust tarixlərində universitetə təqdim etməlidirlər.


Daha ətraflı məlumat almaq üçün:



Email: admissions@ufaz.az



Tel: 012 599 00 74