Elan

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “ELM MƏRKƏZİ”nin 16.05 2018-ci ildə elan etdiyi “UNİVERSİTET QRANTI” müsabiqəsi universitetdə aparılan innovativ (fundamental, tətbiqi və axtarış-innovasiya) xarakterli elmi-tədqiqat layihələrini və digər elmi tədbirləri dəstəkləmək, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan, bir elmi mövzu ətrafında müvəqqəti yaradılmış universitetin yaradıcı elm kollektivlərinin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədinə xidmət edir. Müsabiqəyə 22 qrant layihəsi təqdim edilmişdir. Təqdim edilmiş layihələrdən: yer elmləri-6; texnika-6; kimya-8; iqtisadiyyat-2. İşin gedişində bir layihə müəlliflər tərəfindən geri çağrılmışdır. Nəticədə ekspertizaya 21 qrant təqdim edilmişdir. Aparılmış elmi ekspertizanın nəticələrinə və univerisitetin Elmi Şurasında keçirilmiş (27.11.2018-ci il protokol №3) müzakirələrə əsasən qalib layihələr müəyyənləşdirilmişdir. Nəticədə: yer elmləri üzrə 1, texnika elmləri üzrə 3; kimya elmləri  üzrə 1 və texnika və yer elmlərinin qovşağında 1 qalib seçilmişdirlər.

 

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİNİN “ELM MƏRKƏZİ”nin

 

ELAN ETDİYİ “UNİVERSİTET QRANTI” MÜSABİQƏSİ ÜZRƏ QALİB LAYİHƏLƏRİN SİYAHISI.

 

 

Mövzunun adıKafedra, elmi tədqiat laboratoriyalarıİşin  icra müddəti, ayMəbləğ, man
12

3

45
1Mono- və multifazalı axınların xüsusiyyətlərinin modelləşdirilməsi əsasında boru kəmərlərinin istismar səmərəliliyinin artırılması“Neftin,qazın nəqli və saxlanması” kafedrası, “Ümumi və tətbiqi riyaziyyat” kafedrası1250000.0
2Yüksək təzyiq altında aqressiv mühit şəraitində işləyən düzaxınlı siyirtmə konstruksiyasınln işlənməsinin elmi əsasları“Neft qaz avadanlığı” kafedrası

 

1249926.0
3“Korroziyaya qarşı örtük kompozisiyası”«Üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiası» kafedrası1249919.1
4“Azərbaycanın  karbohidrogen yataqlarında laydaxili və laylar arası, eləcə də neft-ana qatları ilə miqrasiya-axın sahələrinin modelləşdirməsi”Doktorantura şöbəsi və “Faydalı qazıntı yataqlarının süxurlarının fiziki xassələri” ETL,

 

1249854.48
5“Maqnetik funksional materialların işlənməsi”“Nanomateriallar və nanotexnologiyalar” ETL1250000.0
6“Alternativ enerji mənbələri əsasında ADNSU-nun tədris və inzibati binalarında hibrid enerji təchizatı sisteminin işlənməsi” (texnika)“Energetikanın problemləri” ETL1249854.48