Elan
2020/2021-ci tədris ilinin payız semestri üçün mövcud vəziyyətlə bağlı tələbələr üçün nəzərdə tutulan güzəştlər
ADNSU Elmi Şurasının 02.12.2020 tarixli iclasında “ADNSU tələbələrinin 2020-2021-ci tədris ilinin payız semestri üçün imtahanlarının qiymətləndirilməsi və mövcud vəziyyətlə bağlı (COVİD-19) tətbiq edilən güzəştlər barədə” məsələ müzakirə edilərək qərara alınmışdir:
- Təhsilalanların cari qiymətləndirilməsi 0 – 50 balla, aralıq (yekun imtahan) qiymətlləndirilməsi də 0 – 50 balla (5 suallı imtahan biletində hər suala görə 0 – 10 balla) aparılacaqdır.
- Cari qiymnətləndirmə fənnin komponentlərinə görə aşağıdakı cədvələ uyğun aparılacaqdır:
ADNSU tələbələrinin 2020-2021-ci tədris ilinin payız semestri üçün imtahanlarının qiymətləndirilməsi və mövcud vəziyyətlə bağlı (COVİD-19) tətbiq edilən güzəştlər aşağıdakı kimi həyata keçirilsin:
- Tələbələrə imtahan zamanı ən azı 17 bal toplamaq kimi tələb qoyulmaması;
- Fənlər üzrə yerinə yetirilməli olan kurs layihələrinin kurs işləri ilə əvəz edilməsi;
- Geniş məlumat tələb edən (çətinliyi artırılmış) təqdimat mövzularına aid suallar imtahan sualları qismində tələbələrə təqdim edilməməsi;
- İmtahan suallarının yalnız müəlimlər tərəfindən keçilən mövzular əsasında tərtib edilməsi.