“Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrin nəzərinə!

Tələbələrin təhsilinin keyfiyyətini yüksəltmək üçün "Neft-qaz mühəndisliyi" kafedrası bir çox kompaniyalar və təşkilatlarla, o cümlədən, SOCAR, BP, Schlumberger, Baker-Hughes, Halliburton, Total, Roxar, Petex, Kappa, SPE Azerbaijan və b. ilə məhsuldar əməkdaşlıq edir.

 

Kafedranın tələbələri yataqların hidrodinamiki modelləşdirilməsi və işlənmənin layihələndirilməsi, PVT-analizi, quyuların hidrodinamiki tədqiqatlarının nəticələrinin interpretasiyası, hasilatın və laya təsirin optimallaşdırılması, quyuların optimal iş rejimlərinin seçilməsi və b. kompüter proqramları ilə tanış olmaq və öyrənmək imkanlarına malikdirlər.

Kafedraya təqdim olunmuş proqramlar aparıcı beynalxalq şirkətlər tərəfindən geniş istifadə olunurlar.

 

Roxar şirkəti aşağıdakı proqramları pulsuz təqdim etmişdir:  

IRAP RMS - yataqların üçölçülü daimi fəaliyyət göstərən geoloji-texnoloji layihələrinin tərtibi, təhlili və muşaiət edilməsi üçün inteqrallaşmış modul sistemi.

TEMPEST - yataqların üçölçülü daimi fəaliyyət göstərən hidrodinamiki modellərini yaratmaq və müşaiət etmək üçün inteqrallaşmış proqram kompleksi.

 

Petex (Petroleum Experts) şirkəti qiyməti 1,928,864.11 funt sterlinq olan IPM (Integrated Production Modeling) proqram paketini pulsuz tıqdim etmişdir.

Paket aşağıdakı modullar daxildir:

PROSPER - Well Modelling and Design;

MBAL - Reservoir Analytical Simulation; 

PVTP - Fluid Characterisation;

GAP - Multiphase Network Optimisation;

REVEAL - Specialised Reservoir Simulator & Near Wellbore Reservoir Simulator;

RESOLVE - Integrated Production Controller.

IPM neftçıxarmanın bütün prosesini (lay, quyu, neftin, qazın və suyun hazırlanması və nəqli sistemini) modelləşdirməyə və neft-qaz yataqlarının işlənməsini optimallaşdırmağa imkan verir.

Bu proqram paketi tələbələrə neft injinirinqinin və işlənmənin menecmentinin bir çox praktiki məsələlərini öyrənməyə imkan verir.

 

Kappa şirkəti Ecrin proqram paketini pulsuz təqdim etmişdir:

Saphir  - quyuların hidrodinamiki tədqiqat məlumatlarının təhlili;

Topaze - hasilatın təhlili və proqnozu;

Diamant - stasionar dərinlik monometrlərinin məlumatlarının emalı;

Emeraude - quyuların geofiziki tədqiqatlarının nəticələrinin təhlili və interpretasiyası proqramı;

Rubis - neft layının üçölçülü üçfazalı modelləşdirilməsi proqramı.

Kappa şirkəti lay sisteminin hidrodinamiki tədqiqatlarının nəticələrinin operativ təhlili və interpretasiyası üçün proqram təminatının yaradılmasının liderlərindən biridir.

Bu proqramlar neftin və qazən çıxarılmasının əsas texnoloji göstəricilərinin tənzimlənməsi üzrə vaxtında qərarların qəbul edilməsi üçün neftçıxarmanın monitorinqinə yönəldilmişdir.

 

"Neft-qaz mühəndisliyi" kafedrası tələbələrin təhsilində müasir proqram təminatından istifadə etmək imkanı verdiklərinə görə Roxar, Petex Kappa şirkətlərinə öz təşəkkürünü bildirir.