Elan

Sentyabr ayının 1-3 tarixlərində  Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fəlsəfə doktoru proqramı üzrə "Xarici dil"  imtahanını müvəffəqiyyətlə vermiş iddiaçılar üçün “Fəlsəfə” fənnindən qəbul imtahanı keçirilib. 3 gün davam edən  imtahanlarda Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, ADNSU ilə yanaşı, 5 ali təhsil müəssisəsindən - Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti və Bakı Mühəndislik Universitetin üzrə  namizədlər iştirak edib. 26 və yuxarı bal toplayan namizədlərin nəticələri məqbul qiymətləndirilib.

 

İmtahanda iştirak etməli olan 118 namizəddən (ADNSU(50 nəfər), AİU(40 nəfər),  AzTU(15 nəfər), AMİU( 3 nəfər), SDU(5 nəfər), BMU(5 nəfər)) 10 nəfəri imtahanda iştirak etməyib.  19 nəfər qeyri-məqbul,  89 nəfər  isə məqbul qiymətlə qiymətləndirilib.  ADNSU üzrə 50 namizəddən  11 nəfər, AİU üzrə 40  namizəddən 7 nəfər, BMU üzrə 5 namizəddən 1 nəfər qeyri-məqbul qiymətlə qiymətləndirilib.

 

ADNSU üzrə 1 nəfər, AİU üzrə 9 nəfər imtahanda iştirak etməyib. Növbəti imtahanın keçiriləcəyi tarix və "Fəlsəfə" fənni üzrə imtahanın nəticələri ilə tanış olmaq üçün müvafiq ali məktəblərin Doktorantura şöbələrinə müraciət edə bilərisiniz. Növbəti imtahanda hər birinizə uğurlar arzulayırıq.