Elan
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tələbə, məzunları və müəllimləri dünyada yeganə rəsmi Beynəlxalq rus dili imtahanını (ТРКИ – Тест по русскому языку как иностранному) Dövlət İmtahan Mərkəzində verərək rus dili üzrə bilik və bacarıqlarını sertifikatlaşdırmağa dəvət edir.
ТРКИ imtahanının komponentləri:
- Lüğət ehtiyatı və qrammatika
- Oxu
- Dinləmə
- Yazı
- Danışıq
İmtahanın mövcud üstünlükləri:
- Məkan: onlayn və ya Dövlət İmtahan Mərkəzində;
- Qiymət: səviyyədən asılı olaraq 80–120 AZN;
- Hazırlıq: ödənişsiz rəsmi praktiki materiallar;
- Keçid: hər komponent üzrə 66%;
- Sertifikat: A1 səviyyəsi üçün 2 il, digər səviyyələr üçün müddətsiz.
Ətraflı məlumat: http://dim.gov.az/activities/exams/beyn-lxalq-rus-dili-imtahanlar/