Elan

ADNSU-nun professor-müəllim heyətinə elmi-pedoqoji fəaliiyətlərə görə 2022-ci ildə veriləcək əlavə maaşların hesablanması üçün Elm və Təhsil Analitik Mərkəzinin elanı

ADNSU-nun professor-müəllim heyətinə veriləcək əlavə maaşların hesablanması üçün sənədlərin qəbulu 10.12.2021-21.12.2021 tarixlərində aparılacaqdır. ADNSU rektoruna müvafiq ərizə ilə müraciətdən sonra tələb olunan digər sənədlərin qəbulu http://etam.asoiu.edu.az/ formu üzərindən aparılacaq. Təqdim olunmuş sənədlər “ADNSU-nun professor-müəllim heyətinə veriləcək əlavə maaşların hesablanması üçün təlimat (2019-2021)” əsasında araşdırılacaq, apelyasiya müraciətlərinə 6-10 Yanvar 2022-ci il tarixlərində baxılacaq və müsabiqə şərtlərini tam ödəyən əməkdaşların son siyahısı müəyyən ediləcəkdir. 

 

Bütün nəticələr Universitet Elmi Şurasının 2022-ci ilin yanvar ayında keçiriləcək iclasında təqdim ediləcək və Elmi Şura üzvləri tərəfindən təsdiq edildikdən sonra, rektorun müvafiq əmr imzalaması ilə 2022-ci ilin yanvar ayının 1-dən başlayaraq növbəti 12 ay ərzində əlavə maaşların ödənilməsi aparılacaqdır.

 

Əlavə suallarla bağlı etam.asoiu@asoiu.edu.az və ya 3-27 daxili telefon ilə əlaqə saxlamağınız xahiş olunur.