Elan

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul  elan edir:

 

 

Fəlsəfə və elmlər doktoru proqramları üzrə doktoranturaya (dissertanturaya) sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir.

 

Doktoranturaya (dissertanturaya) sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

 

Portal.edu.az vasitəsilə sənədlərin qəbulu 05 aprel 2022-ci il tarixindən 05 may 2022-ci il tarixinədək aparılacaqdır.

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytında qeydiyyatdan keçən şəxslər “Xarici dil” imtahanına buraxılacaqlar. “Xarici dil” imtahanı Dövlət İmtahan Mərkəzində (DİM) 12 iyun 2022-ci il tarixində keçiriləcəkdir. Xarici dil imtahanını müvəffəqiyyətlə vermiş şəxslər üçün “Fəlsəfə” fənni üzrə imtahan 1, 2, 5 sentyabr 2022-ci il tarixlərində, ixtisas imtahanı isə 12, 13 sentyabr 2022-ci il tarixilərində  keçirilməsi planlaşdırılmışdır.

 

Portal.edu.az saytına daxil olmazdan əvvəl asoiu.edu.az saytında yerləşdirilən məlumatla tanış olmaq tövsiyə olunur. 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 140 s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin elmi müəssisə və təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları” 

 

 

  1. 1  Azərbaycan Dövlət Neft və Sənaye Universiteti  (2022-adnsu.docx)

 

  1. 2 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində “Neftin, qazın geotexnoloji problemləri və Kimya” ETİ  (2022-nqgpi.docx)

 

Qəbul  qaydaları  haqqında   ətraflı   məlumat   almaq   istəyənlər  ADNSU-nun “Doktorantura” şöbəsinə (Azadlıq prospekti, 34, 2-ci mərtəbə, otaq 248, tel: (012)493-46-24) müraciət edə bilərlər.

 

 

REKTORLUQ