Elan

Hörmətli, ADNSU əməkdaşları və tələbələr!

May ayının 1-dən universitetin binalarında tibbi maskalardan istifadə tələbi ləğv edilir

 

Nazirlər Kabineti yanında Operativ Qərargah “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” Qərar qəbul edib. Qərarə əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir. Eyni zamanda, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadə artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Operativ Qərargahın COVID-19 pandemiyası ilə bağlı müvcud vəziyyətə uyğun olaraq qəbul etdiyi qərarlara və Təhsil Nazirliyinin təlimatlarına uyğun olaraq 2021-2022-ci tədris ilinin başlanğıcında tətbiq olunan məhdudiyyətlərin bir qismi aradan qaldırılır. Belə ki, universitetdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir. Həmçinin, sıxlığın qarşısnın alınması məqsədilə universitetin inzibati binasına giriş-çıxışın fakültələr üzrə şaxələndirlməsi tələbi aradan qaldırılır. Artıq may ayının ilk dərs günündən başlayaraq tələbələr və əməkdaşlar universitetin ənənəvi  giriş-çıxışdan məhdudiyyətsiz istifadə edə biləcəklər.