Elan

2022/2023-cü TƏDRİS İLİNDƏ ADNSU -nun MAGİSTRATURASINA QƏBUL

       OLANLARIN NƏZƏRİNƏ!

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistratura səviyyəsinə qəbul olanlar 15.07.2022-25.07.2022-ci il tarixlərində qeydiyyatdan keçməlidir. Bunun üçün:  https://portal.edu.az platformasında  qeydiyatdan keçib özləri barədə məlumatları qeyd etməlidirlər. Eyni zamanda tələbələr aşağıda göstərilən sənədləri ADNSU-nun magistratura bölməsinə təqdim etməlidirlər (543 otaq, MBA – 238(19))

 

Tələb olunan sənədlər aşağıdakılardır:

 

 

  1. Şəxsiyyət vəsiqənin surəti (4 nüsxə);

  2. Diplomun əsli (əvvəlki illərin məzunları). Bu ilki məzunlar üçün bakalavr səviyyəsini bitirmələri haqqında arayış;

  3. Hərbi biletin surəti (hərbi bileti olmayanlar ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti);

  4. Tərcümeyi-hal – 1 nüsxə

  5. Sağlamlıq haqqında arayış (Forma №86, rəngli foto ilə)

  6. Foto şəkil - 3x4 ölçüdə (6 ədəd)

  7. Doğum haqqında şəhadətnamənin surəti

  8. Ödənişli tələbələr üçün təhsil haqqının ödənilməsini təsdiq edən qəbzin surəti;

  9. Magistraturaya qəbul olması haqqında internetdən çıxarış

  10. Şəhid və məcburi köçkün, valideyn hüququndan məhrum olmuş və Qarabağ əlili övladları statusu olan bakalavrların notariusda təsdiq olunmuş sənədləri.

 

 

        

Əlaqə nömrələri:  

Magistratura bölməsi:               (012) 598 52 47

MBA proqramı:                           (012) 493 45 38

Qaynar xətt:                               (070) 493 45 38