SIACAS

 

SIACAS, Study in Azerbaijan Mərkəzləşdirilmiş Qəbul Xidməti portal.edu.az saytında yerləşən və Azərbaycanda orta ixtisas və ali təhsil müəssisələrinə (məsələn, universitetlər, akademiyalar, kolleclər, konservatoriyalar və s.) beynəlxalq tələbələrin qəbulunu təşkil edən onlayn platformadır. Azərbaycanda təhsil almaq istəyən hər kəs SIACAS vasitəsilə qeydiyyatdan keçib, maraqlandığı institutu və ixtisası seçib ödənişsiz müraciət edə bilər. Təqdim edilmiş ərizə qiymətləndirmə üçün müvafiq quruma yönləndirilir. İlkin qərar qəbul edildikdən sonra ərizəçinin şəxsi hesabında bildiriş görünür. Qurumun müraciətə cavabından asılı olaraq, ərizəçidən əlavə sənədlər təqdim etmək, onlayn və ya oflayn müsahibədə iştirak etmək və ya ödəniş etmək tələb oluna bilər. Ərizəçi ilə qurum arasındakı bütün məsələlər həll edildikdən sonra qəbul prosesi başa çatır və gələcək tələbə yaşayış, viza, səyahət və digər əlaqəli məsələlərlə davam edə bilər.

 

SİACAS vasitəsilə müraciət etmək üçün video təlimat

 

 

 

SIACAS fəaliyyəti ilə bağlı məlumat və yardım üçün, e-poçt vasitəsilə eməktub göndərin siacas.support@tsii.edu.az

 

Öyrənmək istədiyiniz proqram ilə bağlı məlumat və yardım üçün, müvafiq təhsil müəssisəsinə e-poçt göndərin