Tələbə Həmkarlar İttifaqı Komitəsi

 

 

     Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrin hüquqlarını qoruyan yeganə təşkilatdır. THİK universitetdə tələbələri ictimai işlərə cəlb edərək bu istiqamətdə formalaşmalarında, yataqxana ilə təmin olunmalarında, universitetin daxili nizam-intizam qaydalarına riayət etmələrində, tələbələrin asudə vaxtlarının dəyərləndirilməsi, yay düşərgələrinin təşkili, universitetin ictimai həyatı və elmi cəhətdən fərqlənən THİK fəallarının mükafatlandırılması istiqamətində fəaliyyət göstərir.

   Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyəti 17 nəfərdən, o cümlədən, Sədr və müvafiq olaraq 7 fakültə sədrindən ibarətdir. Universitetdə təhsil alan bütün tələbələr THİK-nin üzvüdür.

   THİK-nın nəznində idman klubu, “Gənclik” Mahnı və Rəqs ansamblı, ADNSU Teatr Klubu (ATK), “Maqnat, intellektual klubu, “Şən və Hazırcavablar Klubu” (KVN) fəaliyyət göstərir.