Geoloji-kəşfiyyat fakültəsi

 

Geoloji kəşfiyyat fakültəsi haqqında

1920-ci ildən “Neft-sənayesi” fakültəsinin dağ-mədən bölməsində neft-qaz və digər faydalı qazıntı yataqlarının geologiyası və kəşfiyyatı üzrə mütəxəssis hazırlığına başlanıb, 1936-cı ildən isə «Geoloji kəşfiyyat» fakültəsi kimi fəaliyyət göstərir. Yarandığı gündən Azərbaycan,eləcə də bir sıra xarici ölkələr üçün mühəndis geoloq, mühəndis geofizik, mühəndis hidrogeoloq ixtisasları üzrə kadrlar hazırlayıb.

Yarandığı gündən indiyədək fakültədə 10 minlərlə mühəndis, 100–lərlə magistr hazırlanmişdır. Hazırda bakalavr səviyyəsində aşağıdakı ixtisaslar üzrə kadr hazırlanır.

 

050602 – “Geologiya mühəndisliyi”

Gkf-nin ilk və əsas ixtisaslarında biri 050602 “Geologiya mühəndisliyi” dir. Bu ixtisas üzrə müasir tələblərə cavab verən kadr hazırlığını təmin etmək üçün müvafiq fənlərin tədrisinə geniş yer verilib. Riyazi üsullar, ehtimal nəzəriyyəsi və başqa dəqiq elmlərin, kompyuter texnologiyalarının tədrisdə tətbiqi rəqabətə davamlı ali savadlı mütəxəssislərin yetişdirilməsinə imkan verir.Kafedranın məqsədi neft-qaz geologiyası sahəsində təhsilin müxtəlif səviyyələrində müasir tələblərə uyğun kadr hazırlanmasıdır. Bu ixtisasın məzunları neft və qaz geologiyası sahəsində karbohidrogenlərin yer qabığında paylanma və yataqlar təşkil etmə qanunauyğunluqlarını, onların axtarışına, kəşfiyyatına və işlənilməsinə dair məsələ və problemləri həll etməklə məşğul olan mütəxəssislərdir.

 

050603 – “Hidrogeologiya mühəndisliyi”

Bu ixtisas üzrə hazırlanan mütəxəssislərə yeraltı suların axtarışı, kəşfiyyatı, onların içməli kondisiyalara uyğunluğu və ya xalq təsərrüfatında istifadə üçün yararlılığı, termal və mineral sular, yeraltı suların hidrokimyəvi tərkibi, yeraltı suların duzlaşması, istismar prossesində rejim xüsusiyyətlərinin seçilməsi yeraltı suların çirklənmədən mühafizəsi və yeraltı suların ehtiyatının hesablanması üzrə sərbəst iş görmək xüsusiyyətləri aşılanır.

 

050604 – “Geofizika mühəndisliyi”

Faydalı qazıntı ələxüsus neft-qaz yataqlarının axtarışı və istismarının bütün mərhələlərində müxtəlif fiziki sahələrdən istifadə etməklə, riyazi aparatın və kompüter texnologiya vasitəsilə yer qabığının geoloji quruluşunu və FQY-nın yerini müəyyənləşdirə ən dəqiq üsullar toplusudur.

 

050605 – “Dağ-mədən mühəndisliyi”

“Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi” kafedrasında 060506 “Dağ-mədən mühəndisliyi” və 050508 “Geologiya” ixtisasları üzrə bakalavr və magistrlər hazırlanır. Kafedranın ABS-tn RV İnvestment LTD-nin Şirkətlər Qrupunun Beynəlxalq Mədən Əməliyyat Şirkəti, “Azinter partlayış X” MMC, Rusiya Federasiyasının Moskva Dağ-mədən Universiteti, Ekaterinburq Dağ-mədən - Geoloji Universiteti, Almaniyanın Frayberq Texniki Universiteti ilə əlaqələri vardır. Kafedranın təhsildə fərqlənən tələbələri Beynəlxalq-Mədən Əməliyyat Şirkətinin (BMƏŞ) Gədəbəy qızıl-mis, Qoşa qızıl, Daşkəsən dəmir filizi və “Azinterpartlayış - X” MMC-nin obyeklərində təcrübələr keçir və bu obyektlərdə müxtəlif istehsal proseslərinin yerinə yetirilməsinə və təşkilinə həsr olunmuş buraxılış işləri və magistr dissertasiyaları üzərində çalışırlar. Kafedranın 8 tələbəsi Beynəlxalq - Mədən Əməliyyat Şirkətinin təqaüdünü alır. “Dağ-mədən mühəndisliyi” ixtisası faydalı qazıntı yataqlarının açıq və yeraltı üsulla işlənməsi sahəsində bakalavriatura və magistratura səviyyəsində kadr hazırlayır.

 

050508 – “Geologiya”

Məlumdur ki, Azərbaycan Respublikası filiz və qeyri filiz yataqlarının ehtiyatlarına görə Cənubi Qafqazda və yaxın Şərqdə çox zəngin olan bir ölkədir.

Azərbaycanın zəngin filiz yataqları ilə yanaşı yeni yataqların açılmasında böyük potensialını nəzərə alaraq ADNSU-nun geoloji kəşfiyyat fakultəsinin nəzdində “Geologiya” ixtisası üzrə ixtisaslı kadrların hazırlanmasına böyük ehtiyac yarandığından 2012-ci ilin  sentyabrından Təhsil Nazirliyinin xüsusi sərəncamı ilə 050508 “Geologiya” ixtisası açılıb.

“Geologiya” ixtisasının məqsədi Respublikanın filiz və qeyri filiz yataqlarının axtarış və kəşfiyyatında və dağ-mədən işlərinin təşkilində vacib olan Sedimentalogiya, Mineralogiya,Petroqrafiya və Geokimya üzrə mütəxəssislərin hazırlanmasıdır. 

Hazırda fakültədə 5 ixtisas üzrə təhsilin əyani və qiyabi şöbələrində ümumilikdə 912 tələbə təhsil alır ki, onlardan 852 nəfəri əyani, 60 nəfər isə qiyabi şöbənin tələbəsidir.

Fakültədə əcnəbi tələbələrin sayı 5 nəfərdir. Fakültənin strukturuna daxil olan kafedralar aşağıdakılardır.

Fakültədə “Neft-qaz geologiyası” “Geofizika”, “Geologiya”, “Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi” və Xarici dil -2 kafedraları fəaliyyət göstərir.

Fakültədə 1 akademik, 1 AMEA-nın müxbir üzvü, 5 professor, 38 dosent, 12 baş müəllim,7 asisstent, 21 müəllim və 23 tədris köməkçi heyyətə aid əməkdaş çalışır.

 

“Neft-qaz geologiyası” - kafedrasının müdiri, dosent Mərərrəmov Fuad Fərhad oğlu Kafedrada –AMEA-nın müxbir üzvü 1, 11 dosent, 1 baş müəllim, 3 assistent və 5 tədris köməkçi heyəti çalışır.

 

“Geofizika” -kafedrasının müdiri, professor Seyidov Vaqif Mirhəmzə oğlu Kafedrada -1 akademik, 2 professor, 6 dosent və 5 tədris köməkçi heyəti çalışır.

 

“Geologiya”- kafedrasının müdiri, dosent Abasov Məmmədkərim Məmməd oğlu Kafedrada -2 professor, 7 dosent, 1 asisstent, 1 baş müəllim və 3 tədris köməkçi heyəti çalışır.

 

“Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi”- kafedrasının müdiri, dosent İsmayılov Rasim Teymur oğlu Kafedrada -1 professor, 10 dosent, 3 asisstent və 7 tədris köməkçi heyəti çalışır. Xarici dil -2 kafedrasının müdiri, dosent Əliyeva Bəyim-xanım Böyük-Ağa qızı Kafedrada -4 dosent, 10 baş müəllim, 21 müəllim və 3 tədris köməkçi heyəti çalışır.

 

Fakültənin nəzdində “Faydalı qazıntı yataqlarının suxurlarının fiziki xasələri ETL” fəaliyyət göstərir. Laboratoriya müdiri, f.r.e.d. Həsənov Ədalət Bədəl oğlu, əməkdaşların sayı 14 nəfərdir.

Gkf-nin ilk və əsas ixtisaslarından biri 050602 “Geologiya mühəndisliyi” dir. Bu ixtisas üzrə müasir tələblərə cavab verən kadr hazırlığını təmin etmək üçün müvafiq fənlərin tədrisinə geniş yer verilib. Riyazi üsullar, ehtimal nəzəriyyəsi və başqa dəqiq elmlərin, kompüter texnologiyalarının tədrisdə tətbiqi rəqabətə davamlı ali savadlı mütəxəssislərin yetişdirilməsinə imkan verir.

Kafedranın məqsədi neft-qaz geologiyası sahəsində təhsilin müxtəlif səviyyələrində müasir tələblərə uyğun kadr hazırlamalıdır. Bu ixtisasın məzunları neft və qaz geologiyası sahəsində karbohidrogenlərin yer qabığında paylanma və yataqlar təşkil etmə qanunauyğunluqlarını,onların axtarışına , kəşfiyyatına və işlənilməsinə dair məsələ və problemləri həll etməklə məşğul olan mütəxəssislərdir.

GKF-nin dekanlığında 8 əməkdaş çalışır. Dekan, dekan müavini, 4 tyutor, 2 katibə çalışır.