Qaz-neft-mədən fakültəsi

Qısa tarixi arayışı

ADNSU-nun aparıcı fakültələrindən biri olan “Qaz-neft mədən” fakültəsində (QNMF) kadr hazırlığı 1920-cı ildən həyata keçirilir. 1920-1930- cu illərdə fakültə “Neft-sənaye”, 1930-1936- cı illərdə “Dağ-mədən”, 1936-1940- cı illərdə “Dağ-mədən və neft texnologiyası”, 1940-1979- cu illərdə “Neft-mədən” adlandırılıb. 1979-cu ildən isə “Qaz-neft mədən” fakültəsi adı altında fəaliyyət göstərir. Fakültənin inkişafında ADNSU-ya müxtəlif vaxtlarda rəhbərlik etmiş rektorların, görkəmli alimlər akademik Leybenzon L.S., Uspenskiy N.S., Serebrovskiy A.R., professor Dobrovskiy B.S., akademiklər Mirzəcanzadə A.X., Quliyev S.M., Quluzadə M.P.,professorlar Abromoviç M.V., İbatulov Q.A.,Şahbazbəyov K.B., Əhmədov Z.M. və başqalarının fəal iştirakı və köməyi olub.

Yarandığı gündən fakültədə 23000-dən çox neftçi-mühəndis kadrları, 4500-dən çox bakalavr və 500-dək magistr hazırlanıb.

 

Fakültənin cari strukturu və təhsil pillələri üzrə fəaliyyəti

 ADNSU-da aparılan məqsədyönlü və ciddi islahatların tərkib hissəsi olaraq fakültə və onun kafedralarında struktur dəyişikliklər edilib, ilk dəfə olaraq azərbaycan və rus bölmələri ilə yanaşı ingilis dilində kadr hazırlığına başlanıb.

Belə ki, 2016/2017-ci tədris ilindən başlayaraq prioritet ixtisas olan “Neft-qaz mühəndisliyi” ixtisası üzrə fakültəyə ingilis dilində təhsil almaq üçün 20 tələbə qəbul olub.

 

Hazırda fakültədə aşağıdakı kafedralar fəaliyyət göstərir:

 

  • Neft-qaz mühəndisliyi;
  • Neftin, qazın nəqli və saxlanması;
  • Sənaye təhlükəsizliyi və əmək mühafizəsi;
  • Azərbaycan dili;

 

Fakültədə kredit sistemi ilə aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılır. Fakültənin kafedraları və kadr hazırlığı aparılan ixtisasları cədvəldə göstərilib.

 

1. 050606 – “Neft-qaz mühəndisliyi”

2. 050607 – “Neft-qaz qurğuları mühəndisliyi”

3. 050651 – “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi”

 

Kafedralarİxtisaslar (şifri və adı)
Neft-qaz mühəndisliyi050606 - «Neft-qaz mühəndisliyi»
Neftin,qazın nəqli və saxlanması050607 - «Neft-qaz qurğuları mühəndisliyi»
Sənaye təhlükəsizliyi və əmək mühafizəsi050651 - «Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi»
Azərbaycan dili 

 

“Neft-qaz mühəndisliyi” kafedrasında eyni adlı ixtisas-050606, “Neftin qazın nəqli və saxlanması” kafedrasında 050607-“Neft- qaz qurğuları mühəndisliyi”, “Sənaye təhlükəsizliyi və əmək mühafizəsi” kafedrasında isə 050651 – “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi” ixtisası üzrə kadr hazırlığı aparılır. Fakültənin əməkdaşlarının ümumi sayı 114 nəfərdən, o cümlədən 12 professor, 49 dosent, 7 baş müəllim, 5 müəllim, 16 assistent və 25 tədris-köməkçi heyətdən ibarətdir. Kafedralar üzrə professor-müəllim heyətinin tərkibi slayd 3-də göstərilib.

 

Hazırda fakütədə təhsilin 3-cü pilləsində doktorontura və dissertantura xətti ilə 35 nəfər texnika üzrə fəlsəfə doktoru, 34 nəfər isə elmlər doktoru elmi dərəcəsi almaq üçün təhsil alır. Onlardan 16-sı 2525.01-“Neft və qaz yataqlarının işlənməsi və istismarı” ixtisası, 9 nəfəri 2523.01 - “Quyuların qazılması texnologiyası” ixtisası, 13 nəfəri isə 3354.01-“Neft- qaz kəmərlərinin, bazalarının və anbarlarının tikilməsi və istismarı” ixtisası üzrə təhsil alır.

 

Hazırda fakültədə, bakalavriat pilləsində 1147 tələbə, o cümlədən 171 əcnəbi tələbə təhsil alır. Onlardan 1016 tələbə (144 əcnəbi) əyani, 131 nəfər isə (27 əcnəbi) qiyabi təhsil alır.