Kimya texnologiya fakültəsi

Ümumi məlumat

 

Fakültədə 1 akademik, 20 professor, 69 dosent, 18 baş müəllim və assistent çalışır. Hazırda Kimya texnologiya fakültəsinin gündüz şöbəsində 831 nəfər əyani, 64 nəfər isə qiyabi şöbədə təhsil alır.

 

2016-cı ildən ADNSU rektorunun əmri ilə fakültənin nəzdində «Yeni kimyəvi materiallar və texnologiyalar» adlı elmi-tədqiqat laboratoriyası yaradılıb. Laboratoriyaya k.e.d, professor Bağıyev Vaqif Laçın oğlu rəhbərlik edir.

Ümumilikdə fakültədə 13 professor, 4 elmlər doktoru, 68 dosent, 2 assistent və 29 laborant çalışır.

 

Fakültənin tarixi

 

ADNSU-da kimyaçı mühəndislərin hazırlığı 1921-ci ildən kimya şöbəsi kimi «Neft sənayesi» fakültəsində, 1934-ci ildən «Neft texnologiyası», 1940-cı ildən isə «Kimya texnologiyası» fakültəsində həyata keçirilir.Fakültədə yarandığı gündən indiyədək neft emalı və neft-kimya sənayesi üçün 18000-ə yaxın kimyaçı-mühəndis texnoloq hazırlanıb. 1981-ci ildən fakültədə xarici ölkə vətəndaşlarının hazırlığı həyata keçirilir. Ötən illər ərzində dünyanın 54 ölkəsi üçün 332 bakalavr, 326 magistr və 33 elmlər namizədi hazırlanıb.

 

Dekan və müavinlər

 

Kimya-texnologiya fakultəsinin dekanı Həşimov Fətdah Abdulla oğlu

Fəttah Abdulla oğlu Həşimov 1952-ci il iyul ayının 1-ində İmişli rayonunun Əliyetməzli kəndində anadan olub. 1968-ci ildə Kürdəmir şəhər 1№-li orta məktəbini bitirib. 1968-ci ildə M.Əzizbəyov adına Neft-kimya İnstitunun (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti «ADNSU» adlanır) Kimya Texnologiya fakültəsinə daxil olub. 1973-cü ildə həmin institutun Kimya texnologiya fakültəsinin «Əsas üzvi sintez və neft-kimya sintezinin texnologiyası» ixtisasını bitirib.

1973-1983-cü illərdə Sumqayıt «SK» zavodunda müxtəlif vəzifələrdə işləyib.

1983-1988-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının «Qeyri-üzvi və fiziki kimya» institunun aspiranturasında təhsil almış və 1988-ci ildə dissertasiya işini müdafiə edərək kimya elmləri namizədi adını alıb. 1990-cı ildən Azərbaycan Dövlət Neft Akademiyasında (indiki «ADNSU») «Fiziki kimya» kafedrasında tədqiqat laborotoriyasında elmi işçi, 1995-ci ildən 2016-cı ilədək həmin kafedrada dosent vəzifəsində çalışıb. 2015-ci ildən Kimya Texnologiya fakültəsinin dekanı vəzifəsində işləyir.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 05 fevral 2016-cı il qərarı ilə Kimya üzrə Elmlər Doktoru alimlik dərəcəsi alıb.

95-dən artıq elmi əsərin, o cümlədən bir patentin, 4 metodiki vəsaitin müəllifidir.

 

İxtisaslar

 

2009/2010-cu tədris ilinədək fakültədə: 1. «Kimya-texnologiyası», 2. «Ekologiya və təbiətdən istifadə» və 3. «Həyat fəaliyyətinin təhlükəsizliyi» istiqamətləri, 2009/2010-cu tədris ilindən isə 1.»Kimya mühəndisliyi», 2. «Ekologiya mühəndisliyi» və 3. « Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi» ixtisasları və 11 ixtisaslaşma üzrə kredit sistemi ilə bakalavr hazırlığı  həyata keçirilir.Fakültədə 3 istiqamət: 1. «Kimya texnologiyası» 2. «Ekologiya və təbiətdən istifadə» və 3. «Həyat fəaliyyətinin təhlükəsizliyi» istiqamətləri və 3 ixtisas üzrə magistr hazırlığı həyata keçirilir.

 

Fakültənin nəzdində 4 ümumi və 4 ixtisas kafedrası, 7 tədris, 6 problem və Rusiyanın «Lukoyl» firmasının təsisçiliyi ilə «Fizika-kimyəvi  analiz metodları» mərkəzləşdirilmiş laboratoriya fəaliyyət göstərir.

2016-cı ildən fakültədə 2 istiqamət; «Kimya mühəndisliyi» və «Ekologiya mühəndisliyi» ixtisasları üzrə yüksək ixtisaslı mühəndis hazırlanır.

Kafedralar: Mövcud olan 7 kafedra 2016-cı ilin fevral ayından birləşdirilərək:

 

  • «Kimya və qeyri-üzvi maddələrin texnologiyası»
  • «Üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası»
  • «Neft-kimya texnologiyası və sənaye ekologiyası» kafedraları yaradılıb.

 

Fakültənin nəzdində həmçinin “İctimai elmlər» kafedrası da fəaliyyət göstərir.

Kimya texnologiya fakültəsində 4 tyutor fəaliyyət göstərir.

 

  1.  Qədimov İlqar Kamil oğlu
  2.  Ağayev Famil Bayram oğlu
  3.  Əhmədova Dinarə Vəlyəddin qızı
  4.  Həsənova Fərqanə Çingiz qızı 

 

«Kimya və qeyri-üzvi maddələrin texnologiyası» kafedrasında 43 əməkdaş, o cümlədən 2 professor, 2 elmlər doktoru və 25 dosent, 1 assistent və 13 laborant fəaliyyət göstərir.

 

«Üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası» kafedrasında 21 əməkdaş, o cümlədən 2 professor və 10 dosent, 1 assistent, 1 baş müəllim və 9 laborant fəaliyyət göstərir.

 

«Neft-kimya texnolgoiyası və sənaye ekologiyasi» kafedrasında 48 əməkdaş, o cümlədən 8 professor, 21 dosent çalışır.

 

«İctimai elmlər» kafedrasında 18 əməkdaş, o cümlədən 1 professor və 2 nəfəri elmlər doktoru olmaqla 11 dosent, 3 baş müəllim və 3 müəllimdən ibarətdir. Kafedrada həmçinin 4 əvəzçi müəllim çalışır. Tədris köməkçi heyəti isə 2 nəfərdən ibarətdir.