Energetika fakültəsi

Fakültə haqqında ümumi məlumat

 

Yarandığı gündən indiyədək fakültədə mindən artıq yüksək ixtisaslı mütəxəssis hazırlanıb. Hazırda fakültədə bakalavr və magistr pillələrində  müvafiq olaraq 875 və 130  tələbə təhsil alır. Bakalavr pilləsində 3-ü Rus, 1-i Gürcü olmaqla 4 əcnəbi tələbə təhsil alır. Fakültədə III və IV kurs tələbələrinin fasiləsiz istehsalat təcrübəsi layihəsi həyata keçirilir. Bu məqsədlə Respublikanın 20-yə yaxın qabaqcıl müəssisə və təşkilatları ilə ADNSU arasında müqavilələr bağlanıb və hazırda fakültənin yüksək tədris göstəricilərinə malik olan 25 tələbəsi 5 müəssisədə fasiləsiz istehsalat təcrübəsi keçir. Bu iş müvəffəqiyyətlə davam etdirilir və yaxın zamanlarda fasiləsiz təcrübə keçən tələbələrin sayının artırılması nəzərdə tutulub.

 

Fakültənin tarixi

 

Azərbaycanda energetika sahəsində mütəxəssislərin hazırlanmasına 1921-ci ildə Bakı Politexnik İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Energetika fakültəsində başlanıb. Fakültənin yaranması və inkişafında, elmi kadrların və ali təhsilli mütəxəssislərin hazırlanmasında təşkilatçılıq, yaradıcılıq, təşəbbüskarlıq göstərmiş görkəmli alim və pedaqoqlardan professorlar A.A. Axundov, S.N. Usatıy, B.P. Albitskiy, A.Ə. Əfəndizadə, Ç.M. Cuvarlı, B.M. Plyuş, A.A. Spirin, Ə.M. Məmmədov, K.V. Pokrovskiy, K.N. Quluzadə, Z.İ. Kazımzadə, P.B. Rüstəmzadə, F.H. Hüseynov, İ.Z. Makinskiy, Ə.C. Orucəliyev, T.S. Axundov və başqalarının adını göstərmək olar.

 

İxtisaslar

 

Hazırda fakültədə 3 ixtisas üzrə bakalavr, 3 ixtisas üzrə magistr hazırlığı aparılır. 2009-cu ildən başlayaraq fakültədə bakalavr hazırlığı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş yeni “Dövlət Təhsil Standarları” əsasında tərtib olunmuş tədris planlarına uyğun kredit təhsil sistemi ilə aşağıdakı ixtisaslar üzrə həyata keçirilir:

 

  • Elektroenergetika mühəndisliyi 
  • Elektrik mühəndisliyi
  • İstilik energetikası mühəndisliyi

 

Fakültədə magistr hazırlığı aşağıdakı ixtisaslaşmalar üzrə aparılır

 

  • Elektroenergetika mühəndisliyi
  • Elektromexanika mühəndisliyi
  • İstilik energetikası mühəndisliyi

 

Fakültənin tərkibində 4 kafedra fəaliyyət göstərir

 

  • “Elektroenergetika” kafedrası (kafedra müdiri – dosent A.Q. Əliyev)
  • Elektromexanika” kafedrası (kafedra müdiri – dosent E.N. Əhmədov)
  • “Enerji istehsalı texnologiyaları” kafedrası (kafedra müdiri – professor N.A. Yusifbəyli)
  • “Fizika” kafedrası (kafedra müdiri – professor M.A. Musayev)

 

Bu kafedralarda 16 professor, 46 dosent, 10 baş müəllim, 8 assent tədris prosesinə cəlb edilib.

 

Energetika fakültəsinin dekanı

 

t.e.n., dosent Zakir Həsənov 

 

Əlaqə nömrəsi

 

+994 12 498 65 32