İqtisadiyyat və Menecment fakültəsi

Ümumi məlumat

 

Hazırda fakültədə 5 ixtisas üzrə ümumilikdə 771 nəfər tələbə təhsil alır. Onlardan 750 nəfər əyani şöbədə, 21 nəfəri isə qiyabi şöbədə təhsil alır. Fakültədə təhsil alan əcnəbi tələbərin sayı isə 31 nəfərdir.

 

Fakültənin tarixi

 

 “İqtisadiyyat və menecment” fakültəsi 1920-ci ildə yaradılıb. Yarandığı gündən Azərbaycan səanye müəssisələri üçün  mühəndis iqtisadçı kadrlar hazırlayıb. 

 

Fakültə dekanı

 

İlham Şamil oğlu Rüstəmov

Rüstəmov İlham Samil oğlu 1978-ci ildə Bakı şəhərində anadan olub.1995-ci ildə Bakı şəhərindəki 127- saylı orta məktəbi bitirib. Azərbaycan Texniki Universitetinin “Mühəndis biznesi və menecment” fakültəsinə qəbul olub. 1999-cu ildə bakalavr,2001-ci ildə isə “İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə olunması” ixtisası üzrə magistr elmi dərəcəsi alıb. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitunun aspirantura şöbəsinə qəbul olub. Hərbi xidmətdən sonra (2008-ci ildə) iqtisad elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya işini müdafiə edib.2014-cü ildə AAK tərəfindən dosent elmi adı verilib.

 

2010-cu ildən Təhsil Nazirliyinin “Ali təhsildə keyfiyyəti idarəetmə mexanizmi və akkreditasiya”, Almaniya Federativ Respublikası İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının təşkil etdiyi “Layihələrin idarə olunması”, “Məhsuldarlıq və səmərəlilik”, “Fikrin formalaşması və qərar qəbul etmə”, “Creative Associates International” tərəfindən keçirilən “Layihələrin Planlaşdırılması və Qrant Layihəsinin Yazılması” mövzusunda təlimlərdə sertifikatla təltif olunub. İlham Samil oğlu Rüstəmov 10 tədris metodik vəsaitin, bir müştərək monoqrafiyanın, 30 yerli və xarici elmi məqalənin müəllifidir.

 

Kafedralar

 

Hazırda fakültədə “Enerji və neft-kimya sahələrinin iqtisadiyyatı və menecment”,“Sənaye iqtisadiyyatı və menecment” ixtisas kafedraları  və “Xarici-dil -1”  kafedrası fəaliyyət göstərir.

“Sənaye iqtisadiyyatı və menecment” kaferasında 27 əməkdaş fəaliyyət göstərir. Onlardan 1-i professor, 13-ü dosent, 5-i assistent , 3-ü baş müəllim, 1-i müəllim, 4-ü laborant vəzifəsində çalışır.

“Enerji və neft-kimya sahələrinin iqtisadiyyatı və menecment” kafedrasında 38  əməkdaş var. Onlardan 3-ü professor, 15-i dosent, 6-ı assistent, 5-i baş müəllim, 9-u laborant vəzifəsində çalışır.

Fakültənin nəzdində olan Xarici-Dil-1 kafedrasında 39 əməkdaş çalışır. Onlardan 5-i dosent, 8-i baş müəllim, 20-i müəllim, 6-ı laborantdır.

Fakültədə 3 tyutor fəaliyyət göstərir.

 

İxtisaslar

 

1997-2009-cu illərdə  “Mühəndis  iqtisadiyyatı  və  idarəetmə”, “Ümumi iqtisadiyyat” istiqamətləri üzrə - “İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (sahələr üzrə)”,  “Menecment (sahələr üzrə)”, “Marketinq (sahələr üzrə)”, “Biznesin təşkili və idarə edilməsi”, “Beynəlxalq iqtisadi münasibətlər və təbiətdən istifadənin iqtisadiyyatı” ixtisasları üzrə bakalavr hazırlıgı aparılıb. Hazırda fakültədə “Dünya iqtisadiyyatı”; “Sənayenin təşkili və idarə olunması”; “Menecment”; “Marketinq”; “Biznesin idarə edilməsi” ixtisasları üzrə bakalvr hazırlıgı aparılmaqadır.