Beynəlxalq Əməkdaşlıq Şöbəsi
Biz kimik?
ADNSU-nun Beynəlxalq Əməkdaşlıq Şöbəsi 2015-ci ilin oktyabrında fəaliyyətə başlayıb. Şöbə Beynəlxalq Əlaqələr üzrə prorektora tabe olmaqla Universitetin mövcud beynəlxalq əlaqələrinin inkişaf etdirilməsini və xarici ali məktəblər, təşkilatlar və müəssisələr ilə yeni əlaqələrin qurulmasını təmin edir. Hal-hazırda ADNSU-nun dünyanın 25-dən çox ölkəsinin 75 universiteti ilə birbaşa əməkdaşlıq müqaviləsi mövcuddur. Mövcud müqavilələr çərçivəsində Universitet tələbələrin və əməkdaşların mübadiləsi və qarşılıqlı elmi layihələrin hazırlanmasını həyata keçirir.
Biz nə edirik?
Beynəlxalq əməkdaşlıq şöbəsinin əsas məqsədi aşağıdakılardır:
- Beynəlxalq praktikanın universitetdə tətbiq edilməsinə dəstək olmaq;
- Universitetlər arasında qarşılıqlı münasibətlərin inkişafı üçün memorandum və ikitərəfli müqavilələrin imzalanmasını təşkil etmək;
- Universitetin beynəlxalq təşkilatlara üzvlüyünü, təşkilatlar və müəssisələr ilə əməkdaşlığını təmin etmək;
- Universitetin beynəlxalq layihələrdə iştirakını təmin etmək;
- Tələbələrin və işçi heyətin mübadilə proqramlarında iştirakını təşkil etmək və s.
Heyət
Beynəlxalq Əməkdaşlıq Şöbəsinin direktoru | Dr. Ulrich Eberhardt |
---|
Mütəxəssis | Leyla Nağıyeva |
---|---|
2007-2011 | Bakalavr, Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsi, Bakı Dövlət Universiteti (fərqlənmə diplomu) |
2011-2013 | Magistr, Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsi, Bakı Dövlət Universiteti (fərqlənmə diplomu) |
2014 - davam edir | Doktorant, Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsi, Bakı Dövlət Universiteti |
Fevral 2017 - Avqust 2017 | Tədqiqat, Siyasi elmlər fakültəsi, Pavia Universiteti, İtaliya (Erasmus+) |
E-poçt | l.naghiyeva@asoiu.edu.az |
Mütəxəssis | Rəşad Şıxıyev |
---|---|
1998-2008 | Nizami Nərimanov adına 248 saylı orta məktəb |
2008-2012 | Bakalavr, Ekologiya və torpaqşünaslıq, Bakı Dövlət Universiteti |
2017 - davam edir | Magistr, Ekologiya mühəndisliyi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
E-poçt | rashad.shikhiyev@asoiu.edu.az |