İT klub

   

     AZII-It Club Universitet tələbələri üçün ödənişsiz İT təlimlər həyata keçirir. Bu klub daxilində beylnəlxalq səviyyəli Oracle Academy, Cisco Academy və Mikrosoft Academy-ları qeydiyyatdan keçib. Tələbələr akademiyalara cəlb olunaraq təlimlər keçirlər. Akademiya da reallaşdırılacaq təlimlər Azərbaycanda fəaliyyət göstərən şirkətlərin beynəlxalq sertifikatlı mütəxəssislərinin iştirakı ilə həyata keçirilir. Təlim materiallarından asılı olaraq təlimlər 8, 12, 16, və 24 dərsi əhatə edir. Hər semstr 120 tələbəyə keçirilən bu təlimlərin yekununda tələbələrin beynəlxalq səviyyəli sertifikatlar almaları üçün şərait yaradılır.

 

     Qeyd olunan təlimlər tələbələrdə fundamental biliklərin formalaşdırılması üçün nəzərdə tutulub. Növbəti tədris ilindən cari təlimləri keçmiş tələbələr üçün daha yuxarı səviyyəli təlimlər təşkil edilir. Tələbələrin universitet dərsləri ilə bağlı öhdəliklərini tam icra edə bilmələri məqsədilə təlimlərin əksəriyyəti şənbə günləri keçirilir. Lakin tələbələr laboratoriya işlərini icra etmək üçün boş vaxtlarında Azİİ-İT Club mərkəzindən faydalanırlar. Eyni zamanda tələbələrin boş vaxtlarında texniki ədəbiyyatlardan faydalanması məqsədilə İT Club-da kiçik kitabxana formalaşdırılır”. Hal hazırda İT Club-da  6 sahə (Linux, Oracle, Microsoft Server, Veb porqramlaşdırma, Şəbəkə idarə edilməsi, Proqramlaşdırma) üzrə təlimlər aparılır.