AZİİ Elektron Kitab Evi

Sistemə giriş

 

 

Əlaqə nömrəsiE-mailFacebook
+99412 498 75 64library@asoiu.edu.az (şikayət və təkliflərinizi bu elektron ünvana göndərə bilərsiniz)www.facebook.com/ADNSU AZİİ e kitab evi

 

Azərbaycan  Dövlət Neft və Sənaye Universitetinin Əsaslı kitabxanası 1920-ci ildə Bakı Texniki Məktəbinin nəzdində təşkil  edilib.Həmin dövrdə kitabxananın kitab fondu 6500 nüsxə və oxucusu 300 nəfər olub.

 

1925-ci ildən başlayaraq kitabxana fondu rus və azərbaycan dilli kitablarla komplektləşdirilməyə başlanıb. Hazırda Əsaslı kitabxananın 700 minə yaxın fondu var. Fond zəngin və universal olmaqla, azərbaycan, rus,xarici dillərdə olan  kitablardan, jurnal və dövri mətbuatdan, standart və patentlərdən, dissertasiya və avtoreferatlardan, ənənəvi və elektron kataloqdan, elektron daşıyıcılardan və digər çap məhsullarından ibarətdir. Kitabxananın tərkibi texniki,bədii,ictimai-siyasi, iqtisadiyyat, hüquq və digər sahələri əhatə edir. Kitabxanada həmçinin nadir və unikal məzmuna malik qədim kitablar,lüğətlər,ensiklopediyalar, miniatür kitablar və əlyazmalar var. Nadir kitablar neft, maşınqayırma, arxitektura, geologiya, fizika və s.sahələrə aid olmaqla nəşr tarıxı 1820-1910-cu illəri əhatə edir. Kitablar yerli və xarici ölkələrin nəşriyyatları tərəfindən nəşr olunmuş və rus,ingilis,fransız, alman və s. dillərdədir.

 

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elmi Şurasının 30.01.2019-cu il tarixli  (protokol 05) iclasında ADNSU-nun Əsaslı kitabxanasının bazasında “AZİİ Elektron kitab evi”nin işinin təşkili və Əsasnaməsi  təsdiq olunub və Kitabxana artıq “ADNSU AZİİ e kitab evi” adı ilə fəaliyyətini davam etdirir. “ADNSU AZİİ e kitab evi”Azərbaycan Respublikasının “Kitabxana işi haqqında”,  “Təhsil haqqında” qanunlarını, ADNSU-nun əmr və sərəmcanlarını, 5 iyul 2016-cı il tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Ali təhsil müəsisələrinin kitabxanalarının nümunəvi Əsasnaməsi”ni əldə  rəhbər tutaraq kitablar və digər sənəd növləri üzrə fondları formalaşdıraraq informasiya ehtiyatları yaratmaq,onları muhafizə etmək, elektron resurslar və bazalar,biblioqrafik vəsaitlər sistemini təşkil etmək və daim inkişaf etdirməklə oxucuların istifadəsinə verməyə, onların informasiya tələbatını ödəməyə çalışır.

 

“ADNSU AZİİ elektron kitab evi”nin kollektivi Azərbaycan Respublikasının  “Kitabxana işi haqqında qanun”na uyğun olaraq 5 əsas funksiyanı-elm, informasiya, mədəniyyət,təhsil və tərbiyə funksiyalarını yerinə yetirməyə çalışaraq ixtisaslaşmış və təsnifləşdirilmiş çox sahəli kitab fondları, oxucu zalları və elektron kataloqla,”EBSCO” və “One Petro” beynəlxalq nəşriyyat bazalarının universitet üçün açıq olan jurnal, kitab və jurnal məqalələri bazaları ilə oxuculara differensial xidmət göstərir.

  

“AZİİ elektron kitab evi” 19.06.2017-ci il tarıxındən kitabxanalararası Konsorsiumun üzvüdür. Konsorsiumun xətti ilə “EBSCO” beynəlxalq nəşriyyat bazasının  9000 jurnalı, 25000 jurnal məqaləsi universitet əməkdaşlarının və kitabxana oxucularının tam istifadəsindədir.

“One Petro” beynəlxalq nəşriyyat dazasına daxil olan 21 nəşriyyat və onun resursları da oxucuların istifadəsindədir.

       

“ADNSU AZİİ elektron kitab evi” “EBSCO” bazası üzrə Azərbaycan Kitabxana İnformasiya  Konsorsiumu çərçivəsində oxuculara elektron informasiya təminatçısı kimi fəaliyyət göstərir.

        

Kitabxanada eyni zamanda kitabxanalararası abonement (KAA) üsulundan da istifadə olunur. Belə ki, oxucunun maraqlarını və sorğularını nəzərə alaraq, onların az və nadir tapılan kitablara olan ehtiyaclarının ödənilməsi başqa universitet kitabxanaları  və digər kitabxanalar vasitəsilə (Bakı Dövlət Universitetinin Elmi kitabxanası, Xəzər Universitetinin kitabxanası,Qərb Universitetinin kitabxanası, M.F.Axundov adına Azərbaycan Milli kitabxana,Azərbaycan Respublikası Vergilər nazirliyinin Tədris Mərkəzinin kitabxanası, Dövlət Neft Şirkətinin(SOCAR),”Neftqazelmitədqiqatlayihə”institutunun kitabxanası və s). ilə həyata keçirilir.

 

ADNSU AZİİ e kitab evi Azərbaycan Kitabxanalararası Konsorsiumu çərçivəsində "EBSCO" beynəlxalq nəşriyyat bazasının informasiya təminatçısı kimi fəaliyyət göstərir.

 

 

 

EBSCO.link. http://search.ebscohost.com              

 

One Petro link. https://www.onepetro.org/

 

Elqaronlinelink. www.elgaronline.comhttp://www.elgaronline.com/noresults?access=user (2019-cu ilin axırına kimi açıq olacaq)

 

"Web.of Science" http://apps.webofknowledge.com/WOS_GeneralSearch_input.do?product=WOS&search_mode=GeneralSearch&SID=F6K6uookTypgqVQUQTP&preferencesSaved=

 

ADNSU-AZİİ e kitab evi oxucu-istifadəçilərinə Rusiyanın Polpred.com məlumat bazasından istifadə imkanları yaradıb.

 

Cambridge University www.cambridge.org

 

China National Knowledge Infrastructure bazası noyabr ayının 1-dən dekabr ayının 31-ə qədər açıq olacaqdırLinklər aşağıdakılardır: