Sosial Fəaliyyətlər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində 12 idman növünü özündə birləşdirən (futbol, voleybol, handbol, basketbol, cüdo, sərbəst güləş, yunan-roma güləşi, masaüstü tennis, şahmat, dama və s.) idman klubu fəaliyyət göstərir. İdman klubunun üzvləri daima öz nailiyyətləri ilə seçiliblər.

Bununla yanaşı, universitetin nəznində 51 illik tarixə malik olan və özfəaliyyət kollektivləri arasında yeganə “Xalq ansamblı” adına layiq görülmüş “Gənclik” Mahnı və Rəqs ansamblı fəaliyyət göstərir. Ansamblın Avropanın bir sıra ölkələrində (Almaniya, Moldova, Ukrayna, Türkiyə), habelə Koreyada keçirilən festivallarda ölkəmizi və universiteti ən yüksək səviyyədə təmsil edib və vətənə yüksək nailiyyətlərlə qayıdıb. Ansambl iştirak etdiyi bütün ölkədaxili festivallarda ya qalib, ya da ikinci yerə layiq görülüb. “Gənclik” Mahnı və Rəqs ansamblı 2016-cı ildə professionallar arasında ölkə birincisi adına layiq görülüb.


Universitetin nəzdində ADNSU Teatr Klubu (ATK) da fəaliyyət göstərir. İstedadlı tələbələr sistematik olaraq qurduqları tamaşaları universitet ictimaiyyətinə təqdim edirlər.

“Maqnat” intellektual klubu və “ADNSU Debat Klubu” da fəaliyyət göstərir ki, bu da tələbələrimizin intellektual baxımdan inkişaf etməsinə öz töhfəsini verir. “Maqnat” intellektual klubu özündə “Kim? Harada? Nə Zaman?”, “Brain Ring” və “Xəmsə” turnirlərində iştirak edən komandaları birləşdirir və müntəzəm olaraq universitet daxilində intellektual yarışların təşkil olunmasını təmin edir. “Debat Klubu” tələbələrimizə səlis və aydın nitqi formalaşdırmağa və onu əsaslandırmaqlarına köməklik edir, həftəsonları daxili çempionatlar keçirir və eyni zamanda da ölkədaxili turnirlərdə iştirak edərək yüksək nailiyyətlər qazanır.

2016-cı ildən Universitetdə “Şən və Hazırcavablar Klubu” (KVN) da fəaliyyət göstərir. Yeni yaranmasına baxmayaraq ki, “AzNeft” komandamız artıq ölkə çempionu adına layiq görülüb.