Prorektorlar

 

  

 

 

 

 

  
Email:qasim.mammadov@asoiu.edu.az
Tel:+(994) 12 493 81 97
  

 

Dos. Qasım Məmmədov

Tədris işləri üzrə prorektor

 

Ali məktəblərin tədris işləri üzrə prorektorları həmin müəssisənin tədris, tədris-metodiki və tərbiyə işlərinə bilavasitə rəhbərlik edir, həmin işlər üçün rektor qarşısında cavabdehlik daşıyır. Onun əsas vəzifəsinə aşağıdakılar daxildir: fakültə və kafedralarda tədris, tədris metodiki və tərbiyə işlərinin təşkilinə; tədris köməkçi qurumların (tədris emalatxanaları, tədris təsərrüfatı və s.) işinə rəhbərlik, tələbələrin tədris və istehsalat təcrübələrinin keçirilməsinə nəzarət; tədris-metodiki konfransların təşkili işinə rəhbərlik; rektor olmadıqda onun səlahiyyətini icra etmək.

  
 
  
Email:r.aliyarov@asoiu.edu.az
Tel:+(994) 12493-32-61

Dos. Rauf Əliyarov

Elm və texnika üzrə (elmi işlər üzrə) prorektor

 

Əmək funksiyası: elmi-metodiki və elmi işlərə bilavasitə rəhbərlik etmək; kafedraların elmi-metodiki və elmi tədqiqat işlərinin təşkili; elmi konfransların təşkili; doktorantların (tədqiqatçıların) hazırlanmasına və elmi-pedaqoji kadrların ixtisasının artırılmasına nəzarət, elmi nailiyyətlərin xalq təsərrüfatına tətbiqi üzrə tədbirlərin işlənməsi; tələbə elmi cəmiyyətlərinə rəhbərlik; elmi-tədqiqat bölməsinə rəhbərlik; elmi tədqiqat laboratoriyalarına rəhbərlik.

  

 

 

  
Email:r.jamalov@asoiu.edu.az
Tel:+(994) 12 493-97- 46
  

 

Dos.Rafiq Camalov

Beynəlxalq əlaqələr üzrə prorektor

 

Əmək funksiyası: xarici ölkələrin təhsil və elm müəssisələri ilə birbaşa əlaqələrin yaradılmasını inkişaf etdirilməsini və həyata keçirilməsini təmin edir, beynəlxalq səviyyəli tədbirlərdə ali məktəb nümayəndələrinin iştirakını əlaqələndirir və təmin edir. Təhsil Nazirliyinin müvafiq idarəsi vasitəsilə beynəlxalq proqram və proyektlərdə öz ali məktəbinin iştirakını təmin etmək üçün əməkdaşlığın üstün istiqamətlərinin hazırlanmasını təşkil edir. Xarici tələbələrin tədris-tərbiyə və metodiki işlərinə bilavasitə rəhbərlik edir, həmin işlər üçün rektor qarşısında cavabdehlik daşıyır. Xarici ölkələrdə təhsilin quruluşunu, bəzi ölkələrdə tədris-tərbiyə işlərinin məzmun və xüsusiyyətlərini öyrənir.

  
 
  
Email:eltchin@asoiu.edu.az
Tel:+(994) 12 493-07-76
 

Elçin Ağakişiyev

İnzibati-təsərrüfat işləri üzrə prorektor

 

 

Əmək funksiyası: tədris müəssisələrinin təsərrüfat, mədəni-məişət işlərinə bilavasiətə rəhbərlik edir. Ali məktəblərin auditoriyalarında, kabinet və laboratoriyalarında, tədris-idman bazalarında, yataqxana və yeməkxanalarda, sanitar-gigiyenik vəziyyəti və qayda-qanunu təmin edir, tikintiyə, kapital və cari təmirə rəhbərlik edir, tədris binasını, laboratoriyaları, kabinetləri, təsərrüfat və mədəni-məişət müəssisələrini avandanlıqlarla və materiallarla təmin edir; tələbələrin və professor-müəllimi heyətinin maddi-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər keçirir; rektorun tapşırığı ilə maliyyə-təsərrüfat məsələsi üzrə digər müəssisələrlə müqavilələr bağlayır.

  

 

 

 

  
Email:a.babayev@asoiu.edu.az
Tel:+(994) 12 493-12-33

 

Dos.Ata Babayev

Tərbiyə işləri üzrə prorektor

 

 

Əmək funksiyası: ali məktəbdə tərbiyə işlərinə bilavasitə rəhbərlik edir, həmin işlər üçün rektor qarşısında cavabdehlik daşıyır. Fakültə və kafedralarda, digər struktur bölmələrində tərbiyəvi işləri əlaqələndirir, ona nəzarəti və rəhbərliyi həyata keçirir. Tələbələrin tədris proseslərində və dərsdənkənar vaxtlarda tərbiyəsi ilə bağlı keçirilən tədbirlərə nəzarət edir və istiqamət verir. Tərbiyə işləri ilə bağlı keçirilən bütün tədbirlərdə iştirak edir. Tərbiyə işləri üzrə prorektoru olduğu ali məktəbin tərbiyəvi tədbirlərini digər ali məktəblərdə aparılan tərbiyəvi işlərlə əlaqələndirir.