UFAZ-a qəbul

UFAZ-IN BİRİNCİ TƏDRİS İLİNƏ MÜRACİƏT EDƏN ADNSU TƏLƏBƏLƏRI ÜÇÜN QƏBUL MƏRHƏLƏLƏRİ:

 

Mövcud yer sayına əsasən qəbul edilənlərin sayı məhduddur (2017/2018-ci ildə birinci kurs üçün 40 nəfərə qədər)

 

Müsabiqədə iştirak etmək istəyən tələbələr növbəti sənədləri UFAZ-a təqdim etməlidirlər:

 

  • Orta məktəbi bitirməyiniz haqqında sertifikat (attestat)
  • Ali təhsil müəssisəsinə qəbul zamanı topladığınız nəticənin çıxarışı (DİM)
  • Son iki il (və yaxud 1 il) müddətində aldığınız akademik göstəricilər (universitet tərəfindən möhürlənmiş və imzalanmış). Minimum ÜOMG 100 üzərindən 75 (GPA 75/100)
  • UFAZ-a müraciət etdiyiniz ixtisas üzrə, bakalavr səviyyəsində müvafiq kursda uğurla iştirak etdiyinizi təsdiqləyən sənəd (universitet tərəfindən möhürlənmiş və imzalanmış)
  • Universitetdə aldığınız tədrisi, təcrübənizi və/və ya professional təcrübənizi əhatə edən tərcümeyi-hal (CV)
  • İngilis dilində yazılmış motivasiya məktubu

 

 

*Orta təhsillərindən sonra ən çox 2 il müddətində tədris alan tələbələr, UFAZ-ın imtahanına qeydiyyatdan keçmə hüququnu itirirlər.

 

Seçim mərhələləri:

 

  • Qeydiyyatı uğurla keçdikdən sonra, namizədlər Bakıda, ingilis dilində testlərdən ibarət olan imtahandan keçirlər. Həmin testlər tamamilə elmi biliklərə əsaslanacaq.
  • İmtahandan uğurla keçən namizədlər, iyulun axırlarında 15 dəqiqəlik müsahibədən keçəcəklər. Bu müsahibə Bakıda üzbəüz formada və yaxud mümkün olacaqsa video konfrans (skayp konfrans tövsiyyə olunmaqla) formasında keçiriləcək.

 

*Müsahibədən keçmək üçün tələbələr 20 üzərindən minimum 12 bal toplamalıdırlar (12/20)

 

*Təhsil növü sadəcə ödənişlidir



Qeydiyyat tarixi: 03/07/2017 - 13/07/17 tarixinədək açıqdır

 

İmtahanın keçiriləcəyi tarix: 17/07/17 saat 10:00

 

Müsahibələrin keçirilmə tarixi: 24/07/17 - 28/07/17

 

Seçilən namizədlərin son təsdiqi və qeydiyyat tarixləri: 31/07/17 - 07/08/17



Sənəd qəbulunun, qəbul imtahanının və müşavirələrin keçiriləcəyi ünvan: Azadlıq pr-ti 34, Bakı (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - əsas bina)

 

Əlaqə nömrələri:

+(994) 12 493 23 24

+(994) 50 969 83 55

 

E-ünvan: info@ufaz.az

Veb-sayt: www.ufaz.az