Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri

   

    Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri jurnalı

   

Keçmiş Sovetlər birliyində neft-qaz ali məktəblərinin flaqmanı – indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) qırx ildən artıq bir müddətdə “Neft və qaz” (“Ali məktəblərin xəbərləri” seriyasından) jurnalı nəşr edirdi.

 

Azərbaycan ali texniki məktəblərinin birliyi 1999-cu ildə yeni jurnal (müvafiq statusla) təsis edilməsini lazım bildi. Təbiidir ki, jurnalın dəyişməsinin təşəbbüskarı “köhnə” jurnalın hüquqi varisi ADNSU (keçmiş Azərbaycan Dövlət Neft Akademiyası) oldu. Ali Təhsil ocağının rəhbərləri tərəfindən redaksiyanın və redaksiya heyətinin yeni tərkibi, eləcə də nəşr materiallarını hazırlamaq üçün kompüter mərkəzi yaradıldı və 1999-cu ilin iyun ayında “Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri” jurnalının birinci sayı işıq üzü gördü.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri” elmi jurnalında

 

 

  

    • Geologiya
    • Neft və qaz
    • Kimya və kimya texnologiyası   
    • Mexanika və maşınqayırma
    • Energetika və enerji maşınqayırması
    • Kompüter elmləri
    • Kompüter mühəndisliyi
    • Mexatronika və robototexnika
    • Metrologiya və cihazqayırma
    • Ekologiya və təhlükəsizlik
    • İqtisadiyyat, biznes və idarəetmə
    • Qısa  məlumatlar

 

sahələri üzrə məqalələr dərc olunur. Təqdim olunacaq məqalələrin elm sahələri sadalananla məhdudlaşmır.

 

Jurnal dövri sistemlidir, il ərzində 6 nömrəsi dərc olunur. Qəbul edilən elmi məqalələr Azərbaycan, ingilis və rus dillərində, mövcud olan rubrikalarda nəşr edilir.

 

Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilmişdir.

Elmi innovativ yenilikli məqalələrinizi “Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri” elmi-texniki jurnalında çap etdirmək istəyirsinizsə bizimlə əlaqə saxlayın.

 

Materiallar elektron formada qəbul olunur :  AATMX@asoiu.edu.az

 

 Əlaqə nömrələri:

 

Tel:     (012) 598-44-77

          (050) 627-41-67 (məsul katib)

Faks:  (012) 598-65-61

E-mail: AATMX@asoiu.edu.az

  

 Redaksiya heyəti:

 

Baş redaktor

M.B. Babanlı, professor

 

Baş redaktorun müavini

R.Y. Əliyarov, g.m.e.d

Məsul katib

O.H. Hüseynov, f.e.d

 

 Redaksiya Heyətinin üzvləri:

 

  • Batırşin (Meksika, Rusiya)  
  • K.W. Bonfiq (Almaniya)  
  • V.М. Əhmədov (Azərbaycan)  
  • А.R. Əliyev (Azərbaycan)
  • Fazlollahi (ABŞ)  
  • V.V. Gordiyenko (Ukrayna)  
  • А.D. İsmayılzadə (Azərbaycan)  
  • Kaspşik (Polşa)  
  • I.А. Qaraqaş (Rusiya)  
  • Q.Q. Quliyev (Azərbaycan)  
  • А.М. Quliyev (Azərbaycan)  
  • R.R. Quliyev (Rusiya, Azərbaycan)  
  • R.S. Qurbanov (Azərbaycan)  
  • Mug (Almaniya)  
  • М.А. Musayev (Azərbaycan)  
  • R.Х. Müslümov (Rusiya)  
  • Pedriç (Kanada, Polşa)  
  • Rot (Almaniya)  
  • Sadıqoğlu (Şimalı Kipr)  
  • Т.S. Salavatov (Azərbaycan)  
  • V.М. Seyidov (Azərbaycan)  
  • А.I. Timurziyev (Rusiya)  
  • Türksen (Kanada, Türkiyə)  
  • Ulutağay (Türkiyə)  
  • S.V. Ulyanov (Rusiya)  
  • V.М. Valyayev (Rusiya)  
  • А.V. Yazenin (Rusiya)  
  • S.I. Yusifov (Azərbaycan)  
  • L.A. Zadə (ABŞ)
  • N.P. Zapivalov (Rusiya)

 

 

 Müəlliflər üçün qaydalar:

 

1. Baxılmaq üçün jurnalın elmi istiqamətinə uyğun aktual elmi problemlərə aid tədqiqatların ilk dəfə dərc olunası materiallar qəbul olunur.

 

2. Məqalə Azərbaycan, ingilis və ya rus dillərindən birində redaksiyanın e-mail ünvanına (AATMX@asoiu.edu.az) bir faylda təqdim olunmalıdır.

 

3. Məqalə 10 səhifədən artıq olmamalıdır.

 

4. Məqalələrin nəşri ödənişlidir. Bir jurnalın qiyməti:

                       

    ADNSU-nun əməkdaşına – 5 AZN;
    digər müəlliflərə – 10 AZN. 

     

5. Məqalənin ilk səhifəsində məqalənin adı, müəllif(lər)in adı, soyadı, işlədiyi müəssisə və onun ünvanı, müəllifin elektron poçt ünvanı və əlaqə nömrələri göstərilməlidir. Sonra xülasə (ən çoxu 150 söz), aşar sözlər (ən çoxu 6 söz). Məqalənin mətni aşağıdakı kimi nömrələnmiş müstəqil bölmələrdən ibarət olmalıdır: 

 

  1. Giriş (istinad etməklə həmin sahədə əvvəllər nəşr edilmiş tədqiqatlarla məzmunlu müqayisə və aktuallığın əsaslandırılması)

     2. Məsələnin qoyuluşu

     3. Həll üsulları

     4. Nəticə

     5. Ədəbiyyat

 

6. Müəlliflər məqaləyə rəy vermək üçün 4 rəyçi tövsiyə edə bilər

 

7. Təqdim edilən məqalə məzmunundan asılı olaraq Baş Redaktorun göstərişi ilə ən azı iki rəyçiyə rəyə göndərilir. Alınmış rəylər və Redaksiya heyətinin tövsiyəsini nəzərə alaraq Baş Redaktor məqalənin çapa qəbul edilməsi, çapa qəbul edilməməsi və ya redaktə edilmək üçün müəllifə qaytarılması haqqında yekun qərar verir.

 

8. Məqalənin çap edilməsinə qərar verildikdən sonra məqalənin əlyazması jurnalın çap formatına müvafiq şəkildə müəlliflər tərəfindən redaktə edilməlidir:

 

9. Müəllifin özünün yaxud digər şəxsin əvvəllər nəşr olunmuş nəticələrinə istinad aşağıdakı şəkildə olmalıdır, məs. [1, 3, 6].

 

10. Düsturlar Equation of WinWord-də yığılmalıdır. Mətndə ancaq istinad olunan düsturlar nömrələnir. Düsturların nömrəsi mötərizədə, sətrin sağ sərhədində yazılır. Riyazi simvol və indekslər ancaq latın və yunan hərfləri ilə meylli şriftlə yazılmalıdır. Abreviaturalar izah olunmalıdır.

 

11. Cədvəllər və şəkillər nömrələnməlidir: cədvəllər yuxarıdan (mərkəzə düzlənmiş) (məs. Cədvəl 1), şəkillər altdan (mərkəzə düzlənmiş)  (Şəkil 1). Cədvəllərin adı cədvəlin yuxarısında, şəkilin adı onun altında yazılır.

 

12. Məqalənin mətni Ədəbiyyatla qurtarır. Sonra mətn dilindən fərqli iki dildə müəlliflərin soyadları və inisialları, məqalənin adı, xülasələr və açar sözlər gəlir.

 

13. Ədəbiyyat siyahısı müəlliflərin soyadına görə sıralanmalıdır. Ədəbiyyat siyahısında ədəbiyyatın adı – əgər mənbə məqalədirsə, onda iki maili xətlə, konfrans materialıdırsa, onda bir maili xətlə və monoqrafiya olduqda isə nöqtə ilə ayrılır. Hər bir mənbədə səhifələr (əgər mənbə internetdən götürülübsə, onda onun ünvanı) göstərilməlidir.

 

14. Məqalə redaksiyanın e-mail ünvanına bir fayl da təqdim olunmalıdır. Mətn A4 kitab formatı (yuxarıdan – 5 sm, aşağıdan – 5 sm, soldan – 4 sm, sağdan – 4 sm), üslub “Normal” (“Adi”), şrift Times New Roman (ölçü 10), abzas – 0,5 sm, interval – 1.

 

15. Müəlliflərin soyadları və inisialları, məqalənin adı qalın baş hərflərlə, “Ədəbiyyat” və bölmələrin adları qalın hərflərlə yazılmalıdır.