Rektor müşavirləri


Rusif Hüseynov
Müşavir
  • 1987-ci ildə Bakı şəhərində anadan olub. 2004-2008- ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisası üzrə Prezident təqaüdü ilə təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib.
  • 2010-2011- ci illərdə təhsilini ABŞ-ın Oklənd Universitetində davam etdirib. 
  • 2012-2014- cü illərdə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyində Layihələr üzrə menecer kimi çalışıb.
  • 2015-ci ilin sentyabr ayından Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektorunun müşaviridir.

 


Ziya Əliyev 
Müşavir
 
  • 1981-ci ildə anadan olub. 1998-2002-ci illərdə BDU-nun Kimya fakültəsinin bakalavr pilləsində təhsil alıb.
  • 2004-cü ildə BDU-nun Kimya fakültəsində “Yüksəkmolekullu birləşmələr kimyası” ixtisası üzrə magistir dərəcəsi alıb.
  • 2004-2007-ci illərdə BDU-nun Kimya fakültəsində “Qeyri-üzvi kimya” ixtisası üzrə əyani aspirantura keçib.
  • 2008-ci ildə “Qeyri-üzvi kimya” ixtisası üzrə kimya elmlər namizədi elmi dərəcəsini alıb.
  • 2008-2014-cü illərdə BDU-da elmi işçi, müəllim, aparıcı elmi işçi vəzifələrində çalışmışdır.
  • 2013-2014-cü ildə İspaniyanın Bask Ölkəsi Universitetində post-doktorantura keçib.
  • 2014-cü ildə AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Funksional qeyri-üzvi maddələrin termodinamikası laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışıb.
  • 2015-2016-cı illərdə həmin institutun Beynəlxalq əlaqələr, qrant layihələri və innovasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
  • 2010-cu ildən hər il İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzində və Bask Ölkəsi Universitetində və Fransanın Montpellier II Universitetində 6 ay olmaqla elmi-tədqiqat işləri aparır.
  • 2016-cı ilin dekabr ayından Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektorunun müşaviridir.