İnformasiya Texnologiyaları Departamenti
İnformasiya Texnologiyaları Departamentinin fəaliyyətinin əsas məqsədi müasir standartlara uyğun informasiya sistemlərinin yaradılmasının, dəstəklənməsinin və onların digər sistemlərlə inteqrasiyasının təşkil edilməsidir.
Departamentin əsas funksiyaları
- Müasir tələblərə cavab verən informasiya sistemlərinin yaradılması, daim inkişaf etdirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi;
- İnformasiya sistemlərinin etibarlı və davamlı fəaliyyətinin təmin edilməsi;
- Avtomatlaşdırmadan kənar qalan sahələrin müəyyən edilməsi, bununla əlaqədar informasiya texnologiyalarına dair tələblərin və texniki tapşırıqların hazırlanması və avtomatlaşdırma prosesinə cəlb edilməsi;
- Proqramlaşdırılacaq məsələlərin alqoritmlərinin və proqram təminatlarının işlənib hazırlanması;
- İnformasiya sistemlərinin müasir standartlara uyğun olaraq digər sistemlərə inteqrasiyasının təşkil edilməsi;
- İnformasiya sistemlərinin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Universitetin normativ-metodoloji bazasının hazırlanması və daim təkmilləşdirilməsi;
- İnformasiya texnologiyaları məsələlərinə dair departamentə daxil olan müraciətlərə baxılması, məktub və sorğulara cavabların hazırlanması.
Ad, Soyad | Vəzifə | Əlaqə nömrəsi |
---|---|---|
Salman Salmanov | Direktor | +994 12 493 85 72 |