İctimaiyyətlə Əlaqələr və Marketinq Departamenti

     Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “İctimaiyyətlə Əlaqələr və Marketinq Departamenti” universitetin Elmi Şurasının 5 iyul 2016-cı il tarixli iclasında qəbul etdiyi qərarı (protokol № 5) ilə yaradılıb.

 

     Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin struktur bölməsi olan “İctimaiyyətlə Əlaqələr və Marketinq Departamenti” universitetin fakültələrinin, struktur bölmələrinin fəaliyyəti ilə bağlı KİV-lə əlaqələrin qurulması və ictimaiyyətin məlumatlandırılması,  professor-müəllim heyəti və tələbələrlə kommunikasiyaların qurulması yolu ilə onları universitetdə görülən işlər, qarşıda duran planlarla tanış edilməsi, ADNSU-nun güclü tərəflərinin təbliğ olunması yolu ilə potensial tələbələrin, eləcə də təhsil layihələri ilə bağlı vəsaitlərin cəlb olunması məqsədilə marketinq fəaliyyətinin həyata keçirilməsi sahəsində işlərin təşkilini və tənzimlənməsini həyata keçirir.

 

     Departament “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq  informasiya strategiyası, reklam və mətbuatla iş siyasətini, universitetin ictimayyətlə əlaqələrinin düzgün koordinasiya və effektli idarə edilməsini, ictimaiyyətin ADNSU ilə bağlı informasiya ehtiyaclarının ödənilməsini və şəffaf universitet imicinin qorunmasını, inkişaf etdirilməsini təmin etmək məqsədi ilə fəaliyyət göstərir.

 

    İctimaiyyətlə Əlaqələr və Marketinq Departamenti KİV-lə və ictimaiyyətlə əlaqələr sahəsində işlərin təşkilini, universitetin fəaliyyətinin KİV-də işıqlandırılmasını, təhsil, tədris və elmi nailiyyətlərin yerli media orqanları ilə yanaşı, dünya müstəvisində təbliğini təmin edir, universitetin əməkdaşlarını və tələbələri ali məktəbdə görülən işlər, qarşıda duran vəzifələr haqda məlumatlandırır.

 

     Departamentin digər vəzifələri ADNSU-nun saytını idarə etmək, Azərbaycan, və ingilis dillərində olmaqla gündəlik xəbərləri yeniləmək, universitetdə aparılan islahatlar, kəşf, ixtiralar, kafedra və laboratoriyaların fəaliyyəti ilə bağlı davamlı olaraq məqalələrlə çıxış etmək, ADNSU-nun fəaliyyəti ilə bağlı KİV-də yayımlanan və həqiqətə uyğun olmayan məlumatlarla bağlı zəruri hallarda universitetin strukturlarının iştirakı ilə cavab hazırlamaq və təhrif hallarının aradan qaldırlması üçün tədbirlər görmək, ADNSU-nun tədbirlərində KİV nümayəndələrinin iştirakını təşkil etmək, universitetin sosial şəbəkələrdə fəal iştirakını təmin etmək, professor-müəllim heyəti və tələbələrlə iş aparmaq, universitetdə görülən işlər barədə kollektivi məlumatlandırmaq, müasir reklam-informasiya materiallarının, suvenirlərin hazırlanmasında, sərgilərdə iştirak və informasiya-təqdimat fəaliyyəti həyata keçirmək, ölkənin və xarici ölkələrin ali məktəbləri ilə münasibətlərin saxlanması, əməkdaşlıq əlaqələri qurmaq və inkişaf etdirmək, universitetin daxili və xarici mühitinin marketinq tədqiqatlarına əsaslanaraq optimal çeşiddə təhsil xidmətləri formalaşdırmaq və bazara çıxarmaqdır.

 

      2016-cı ilin oktyabrından etibarən ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin “Oil and İndustry” jurnalı nəşr olunmağa başlayıb. Ayda bir dəfə nəşr olunan 80 səhifəlik jurnal iki dildə, Azərbaycan və ingilis dillərindədir. Jurnalda Universitet və tələbə həyatı ilə bağlı məqalələrlə yanaşı həmçinin, Azərbaycanda, eləcə də dünyada  neft, sanaye və iqtisadiyyat sahəsindəki mühüm xəbərlər, müəllif məqalələri, araşdırmalar, müsahibələr dərc olunur. “Oil and İndustry” jurnalı təkcə univeristet səviyyəsində deyil, həmçinin ölkə miqyasında geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

 

 

Ad,SoyadVəzifə
Bəhruz NəzərovDirektor
Günel Tağıyevaİctimaiyyətlə əlaqələr üzrə menecer
Şəbnəm MəmmədliDaxili kommunikasiyalar üzrə menecer
Yusif AğayevNəşriyyat və rəqəmsal təminat üzrə menecer
Elşad MirzəFoto və video redaktor
Aysel HəsənovaTərcüməçi
Leyla AbbasovaKontent menecer
Əlaqə012 493 14 63