Fakültələr

 

1. Geoloji kəşfiyyat fakültəsi – 1920-ci ildən “Neft-sənayesi” fakültəsinin dağ mədən bölməsində neft-qaz və digər faydalı qazıntı yataqlarının geologiyası və kəşfiyyatı üzrə mütəxəssis hazırlığına başlanmışdır. 1936-ci ildən i8sə “Geoloji kəşfiyyat” fakültəsi kimi fəaliyyət göstərir.

 

2. Qaz-neft mədədn fakültəsi – Fakültədə çox dərin maili və horizontal quyuların qazılma texnologiyasınınç neft və qaz yataqlarının işlənməsinin optimallaşdırılmasının, layların qaz-neft veriminin artırılması üsullarının, qaz-neft kəmərlərinin və anbarlarının layihələndirilməsinin tikintisinin və istismarının, mədən daxili avadanlıqlarınnın optimal yerləşdirilməsinin, quyu məhsulunun itkisiz yığılması və istehlakçılara çatdırılmasının problemlərinin həllinə yönəldilmiş elmi-tədqiqqat işləri aparılır.

 

3. Kimya texnologiyası fakültəsi – Fakültədə “Neft emalı qalıqlarının səmərəli istifadəsinin tədqiqi”, “Ftalitlərin alınması” , “Homogen üzvi katalizatorların sintezi və tədqiqi” , “Yüksək doldurulmuş polmer qarışıqlar əsasında kompozisiya materialları” , “Yeni tipli heteroatomlu doymamış üzvi birləşmələrin effektiv alınma üsulılarının işlənməsi, onların sintetik imkanları və tətbiq sahələrinin tədqiqi” , “Keçid materiallar əsasında kompleks sistemlərin sintezi və onların müxtəlif üzvi sintez reaksiyalarında öyrənilməsi” problemləri üzrə elmi tədqiqqat işləri aparılır

 

4. Neft-mexanika fakültəsi – Fakültədə neft-mədən avadanlığının dinamikası, möhkəmliyi, dözümlülüyü və etibarlılığı, avtomatlaşdırılması və optimallaşdırılmasına dair elmi-tədqiqat işləri aparılır.

 

5. Energetika fakültəsi – Fakültədə aşağıdakı istiqamətlər üzrə elmi-tədqiqat işləri aparılır : energetik sistəmlərin, avadanlıqların, elementlərin səmərəliyinin artırılması və onların kompleks avtomatlaşdırılması; su resurslarının səmərəli istifadə edilməsi və ətraf mühitin qorunması.

 

6. İnformasiya texnologiyaları və idarəetmə fakültəsi - Fakültənin kafedraları və laboratoriyalarında avtomatika və idarəetmənin, informasiya-ölçmə texnikası və metrologiyanın, informatika və hesablama texnikasının müasir istiqamətləri üzrə fundamental və tətbiqi elmi-tədqiqat işləri yerinə yetirilir.

 

7. İqtisadiyyat və idarəetmə fakültəsi – Fakültədə mühüm iqtisadi problemlərin həllinə yönəldilmiş aşağıdakı istiqamətlərdə elmi-tədqiqat işləri aparılır : bazar münasibətləri şəraitində sənaye kompleksinin makro və mikroiqtisadi problemlərinin həlli yolları; bazar münasibətləri şəraitində Azərbaycanın maşınqayırma sənayesi inkişafının iqtisadi problemləri; Respublikanın yanacaq-enerji kompleksinin xarici iqtisadi əlaqələrərinin inkişafı konsepsiyası.

 

Birgə proqramlar:

 

Bakalavr proqramları: 



1. BBA - ABŞ-n Corciya Dövlət Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birqə “Biznesin idarəolunması sahəsində bakalavrların hazırlanması, professor-müəllim heyətinin və inzibatı işcilərin təkmilləşdirilməsi” BBA Proqramı. 



2. ZU - Almaniyanın Zigen Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Yeni texnologiyalar üzrə bakalavr hazırlanmasına dair əməkdaşlıq" ZU proqramı. 

 

Magistratura proqramları: 



1. TEMPUS - 1999-cu ildən başlayaraq Avropanın "TEMPUS" proqramı əsasında "Ətraf mühit və neft sənayesi" ixtisaslaşması üzrə magistr hazırlığı. 



2. MBA - ABŞ-n Corciya Dövlət Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Biznesin idarə olunması üzrə magistrlərin hazırlanması və professor-müəllim heyətinin təkmilləşdirilməsi” MBA Proqramı.