Qeydiyyat

Təhsilini ADNSU-da davam etdirmək istəyən əcnəbi tələbələr universitetin təklif etdiyi əla imkanlardan faydalana bilərlər.Bütün sənədlər ilkin olaraq elektron versiyada yüklənməlidir. Azərbaycan, ingilis, rus və türk dillərindən başqa dillərdə olan sənədlərin Azərbaycan, ingilis və ya rus dillərində tərcüməsinin əlavə olunması mütləqdir.Müraciət təsdiq edildiyi halda sənədlərin Azərbaycan dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş nüsxələrinin təqdim olunması tələb olunur.
Universitetdə Azərbaycan, ingilis və rus dilləri tədris dili kimi təklif olunur.Qeyd olunan üç dildən birində təhsil almaq istəyən ərizəçi birbaşa bakalavr ixtisası üzrə təhsilə başlamaq arzusunda olarsa, onun dil və fənn bilikləri universitet daxilindəki imtahan komissiyası tərəfindən yoxlanılır.Daxili imtahanda məqbul nəticə göstərən ərizəçi hazırlıq kursu keçmədən birbaşa ixtisas üzrə bakalavr pilləsinə qəbul oluna bilər.İmtahan komissiyasının yoxlamasında məqbul nəticə toplamayan ərizəçi bir illik hazırlıq kursu keçə və yalnız növbəti il ixtisas təhsilinə başlaya bilər

Qeyd olunan dillərdən heç birini bilməyən ərizəçi birbaşa bir illik hazırlıq kursuna qəbul olunur. Azərbaycan, ingilis və rus dillərində təklif olunan hazırlıq kursunda əcnəbi tələbələr həm dil hazırlığı, həm də müvafiq ixtisaslarda təhsil almaq üçün tələb olunan ilkin fənn biliklərinə yiyələnə bilir. Hazırlıq kursunun dili ərizəçi tərəfindən sərbəst seçilə bilər. Bir illik hazırlıq kursunu uğurla başa vuran tələbə seçdiyi bakalavr ixtisası üzrə təhsilini davam etdirəcəkdir.


  1. Təhsil almaq istədiyi dil üzrə mövcud dil biliyini təsdiq edən şəhadətnamə
  2. Motivasiya məktubu (1 səhifə)

 

Elektron müraciət forması və sənədlər qəbul olunduqdan sonra müraciətin qəbul və ya rədd olunması haqqında məlumat müraciətin üçün son tarixdən etibarən 30 gün ərzində elektron məktub vasitəsilə bildirilir.