Məqsədlər və imkanlar

Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri
ISSN:  1609-1620
Keçmiş Sovetlər birliyində neft-qaz ali məktəblərinin flaqmanı – indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) qırx ildən artıq bir müddətdə “Neft və qaz” (“Ali məktəblərin xəbərləri” seriyasından) jurnalı nəşr edirdi.
Azərbaycan ali texniki məktəblərinin birliyi 1999-cu ildə yeni jurnal (müvafiq statusla) təsis edilməsini lazım bildi. Təbiidir ki, jurnalın dəyişməsinin təşəbbüskarı “köhnə” jurnalın hüquqi varisi ADNSU (keçmiş Azərbaycan Dövlət Neft Akademiyası) oldu. Ali Təhsil ocağının rəhbərləri tərəfindən redaksiyanın və redaksiya heyətinin yeni tərkibi, eləcə də nəşr materiallarını hazırlamaq üçün kompüter mərkəzi yaradıldı və 1999-cu ilin iyun ayında “Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri” jurnalının birinci sayı işıq üzü gördü.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)“Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri” elmi jurnalında
·         Geologiya
·         Neft və qaz
·         Kimya və kimya texnologiyası
·         Mexanika və maşınqayırma
·         Energetika və enerji ma şınqayırması
·         Kompüter elmləri
·         Kompüter mühəndisliyi
·         Mexatronika və robototexnika
·         Metrologiya və cihazqayırma
·         Ekologiya və təhlükəsizlik
·         İqtisadiyyat, biznes və idarəetmə

sahələri üzrə məqalələr dərc olunur. Təqdim olunacaq məqalələrin elm sahələri sadalananla məhdudlaşmır.

Jurnal dövri sistemlidir, il ərzində 6 nömrəsi dərc olunur. Qəbul edilən elmi məqalələr Azərbaycan, ingilis və rus dillərində, mövcud olan rubrikalarda nəşr edilir.

Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilmişdir.
Elmi innovativ yenilikli məqalələrinizi “Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri” elmi-texniki jurnalında çap etdirmək istəyirsinizsə bizimlə əlaqə saxlayın.

Əlaqə nömrələri:
Tel:     (012) 598-44-77
(050) 627-41-67 (məsul katib)
Faks:  (012) 598-65-61
E-mail: AATMX@asoiu.edu.az