Müəlliflərə məlumat

ISSN:  1609-1620

Müəlliflər üçün qaydalar

1.     Baxılmaq üçün jurnalın elmi istiqamətinə uyğun aktual elmi problemlərə aid tədqiqatların ilk dəfə dərc olunası materiallar qəbul olunur.

2.     Məqalə Azərbaycan, ingilis və ya rus dillərindən birində redaksiyanın e-mail ünvanına (AATMX@asoiu.edu.az) bir faylda təqdim olunmalıdır.

3.     Məqalənin ilk səhifəsində məqalənin adı, müəllif(lər)in adı, soyadı, işlədiyi müəssisə və onun ünvanı, müəllifin elektron poçt ünvanı və əlaqə nömrələri göstərilməlidir. Sonra xülasə (ən çoxu 150 söz), aşar sözlər (ən çoxu 6 söz). Məqalənin mətni aşağıdakı kimi nömrələnmiş müstəqil bölmələrdən ibarət olmalıdır:

1.   Giriş (istinad etməklə həmin sahədə əvvəllər nəşr edilmiş tədqiqatlarla məzmunlu müqayisə və aktuallığın əsaslandırılması).
2.   Məsələnin qoyuluşu
3.   Həll üsulları
4.   Nəticə
5.   Ədəbiyyat.

4.     Müəlliflər məqaləyə rəy vermək üçün 4 rəyçi tövsiyə edə bilər.

5.     Təqdim edilən məqalə məzmunundan asılı olaraq Baş Redaktorun göstərişi ilə ən azı iki rəyçiyə rəyə göndərilir. Alınmış rəylər və Redaksiya heyətinin tövsiyəsini nəzərə alaraq Baş Redaktor məqalənin çapa qəbul edilməsi, çapa qəbul edilməməsi və ya  redaktə edilmək üçün müəllifə qaytarılması haqqında yekun qərar verir.

6.     Məqalənin çap edilməsinə qərar verildikdən sonra məqalənin əlyazması jurnalın çap formatına müvafiq şəkildə müəlliflər tərəfindən redaktə edilməlidir:

I.    Müəllifin özünün yaxud digər şəxsin əvvəllər nəşr olunmuş nəticələrinə istinad aşağıdakı şəkildə olmalıdır, məs. [1, 3, 6].
II.   Düsturlar Equation of WinWord-də yığılmalıdır. Mətndə ancaq istinad olunan düsturlar nömrələnir. Düsturların nömrəsi mötərizədə, sətrin sağ sərhədində yazılır. Riyazi simvol və indekslər ancaq latın və yunan hərfləri ilə meylli şriftlə yazılmalıdır. Abreviaturalar izah olunmalıdır.
III.  Cədvəllər və şəkillər nömrələnməlidir: cədvəllər yuxarıdan (mərkəzə düzlənmiş) (məs. Cədvəl 1), şəkillər altdan (mərkəzə düzlənmiş)  (Şəkil 1). Cədvəllərin adı cədvəlin yuxarısında, şəkilin adı onun altında yazılır.
IV. Məqalənin mətni Ədəbiyyatla qurtarır. Sonra mətn dilindən fərqli iki dildə müəlliflərin soyadları və inisialları, məqalənin adı, xülasələr və açar sözlər gəlir.
V.  Ədəbiyyat siyahısı müəlliflərin soyadına görə sıralanmalıdır. Ədəbiyyat siyahısında ədəbiyyatın adı – əgər mənbə məqalədirsə, onda iki maili xətlə, konfrans materialıdırsa, onda bir maili xətlə və monoqrafiya olduqda isə nöqtə ilə ayrılır. Hər bir mənbədə səhifələr (əgər mənbə internetdən götürülübsə, onda onun ünvanı) göstərilməlidir.
VI. Məqalə redaksiyanın e-mail ünvanına bir fayl da təqdim olunmalıdır. Mətn A4 kitab formatı (yuxarıdan – 5 sm, aşağıdan – 5 sm, soldan – 4 sm, sağdan – 4 sm), üslub “Normal” (“Adi”), şrift Times New Roman (ölçü 10), abzas – 0,5 sm, interval – 1.

7.     Müəlliflərin soyadları və inisialları, məqalənin adı qalın baş hərflərlə, “Ədəbiyyat” və bölmələrin adları qalın hərflərlə yazılmalıdır.