Card image cap

ADNSU-da “Stressin idrə olunması” mövzusunda təlim keçirilib

         Dekabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Stressin idarə olunması” mövzusunda təlim keçirilib.

         Təlim-seminarda psixoloq Zöhrə Məlikova tələbələrə stress, stressin bioloji və psixoloji təsirləri və həmçinin stressi idarə etmə yolları haqqqında məlumat verib və öz təcrübəsini bölüşüb. Stress yaradan vəziyyətlərdən danışan təlimçi, xüsusən də imtahanlarda streslə başa çıxma və stressin idarə olunması yollarından danışıb və bu mövzuda gənclərə öz tövsiyələrini verib.

          Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.