Card image cap

UFAZ-ın riyaziyyat müəllimi Strasburq Universitetində doktorluq müdafiəsi edib.

Sentyabrın 2-də, saat 16:00-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin riyaziyyat fənni üzrə müəllimi, Strasburq Universitetinin doktorantı Ülviyyə Abdulkərimovanın doktorluq müdafiəsi baş tutub. 

 

Müdafiə prosesi qismən üzbəüz, qismən isə onlayn şəkildə Bakıda və Strasburqda baş tutub. 2016-cı ildən UFAZ-da müəllim kimi çalışan Ülviyyə Abdulkərimova, 2017-ci ildə Strasburq universitetinin doktorantura pilləsinə qəbul olub. Onun elmi rəhbəri UFAZ-ın kompüter elmləri üzrə müəllimi və elmi eksperti professor Pierre Collet-dir. Doktorluq işinin mövzusu: SINUS-IT : an evolutionary approach to harmonic analysis-dir.

ADNSU və Strasburq universiteti arasındakı razılaşmaya əsasən ADNSU və UFAZ müəllimləri, o cümlədən Azərbaycanın digər gənc mütəxəssisləri, 3-cü pillə üzrə təhsillərini Strasburq universitetində ala bilərlər.

 

UFAZ-ın elmi ekspertləri tərəfindən seçilmiş gənc magistrlər Cavid Əbdürrəhim və Nizami İsrafilov 2019-cu ildən bu razılaşma çərçivəsində Strasburq universtitetində PhD təhsillərini davam etdirirlər.

 

UFAZ-ın Elmi laboratoriyalarında laborant kimi çalışan Narınc Tağıyeva və Leyla Əliyeva isə Strasburq universitetinin doktorantura pilləsinə bu il qəbul olublar.